İSİM-də “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım mərasimi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

17 YANVAR 2014

İSİM-də “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım mərasimi keçirildi

2014-cü il yanvarın 17-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım mərasimi keçirildi. İSİM-in kollektivi ilk növbədə 20 Yanvar faciəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

İSİM-in direktoru Ceyhun Məmmədov 20 Yanvar faciəsinin tarixə çevrildiyini, Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin bu gün də xatırlandığını diqqətə çatdırdı. C.Məmmədov Prezident İlham Əliyevin sözlərini sitat gətirdi ki, “bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”

İSİM-in direktor müavini Əliheydər Şahmarov vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən şəhidlərimizin sayəsində bugünkü azadlığı yaşadığımızdan və bu faciədə günahkar olanların araşdırılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan bəhs etdi.

20 Yanvar hadisələrinin ölkəmizin tarixində təkcə faciə deyil, həm də qəhrəmanlıq səhifəsi olduğunu bildirən İSİM-in əməkdaşı Vüsal Bayramov həmin gün ləyaqətini qorumaq üçün özünü qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifənin açıldığını nəzərə çatdırdı: “Bu qanlı hadisələr xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni səhifə kimi yazıldı.”

20 Yanvar faciəsinin Azərbaycan xalqının XX əsrdə yaşadığı ən böyük faciələrdən olduğunu və müstəqillik qazanmış xalqımızın həmin günü heç vaxt unutmadığını və unutmayacağını deyən İSİM-in rezidenti Türkan Mehyəddinova məruzəsini çağırışla tamamladı: “Bu gün biz gənclər üzərimizə düşən vəzifənin ciddiliyini dərk etməliyik! Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, onu daimi, əbədi və dönməz etməliyik!”

YAP-ın İSİM bölməsinin sədri Yeganə Vəliyeva şahidinə çevrildiyi 20 Yanvar hadisələrini ağır hüznlə xatırladı və gəncləri xalqımızın qəhrəmanlıq səhifələrinə çevrilən faciələri barədə dolğun məlumatlanmağa və gələcək nəslə doğru istiqamətdə çatdırmağa səslədi.

Tədbirin yekununda İSİM-in direktoru C.Məmmədov bir də vurğuladı ki, qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.