ABŞ-ın Atlanta şəhərində “Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS)” layihəsi çərçivəsində seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

13 İYUN 2012

ABŞ-ın Atlanta şəhərində “Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS)” layihəsi çərçivəsində seminar keçirildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə keçirilən Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS) 13-15 yaşlı məktəblilər (8, 9, 10-cu siniflər) arasında aparılır və ölkələrin gənclər arasında tütündən istifadəyə dair monitorinq imkanlarını artırır. Sorğu bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq keçirilir.

Tədqiqatın Azərbaycanda reallaşması üçün İSİM-də müvafiq təkliflər hazırlanaraq Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosuna təqdim olunub. Tədqiqatın ilkin mərhələsində Danimarkanın Kopenhagen şəhərində keçirilmiş “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) və tibb tələbələri arasında tədqiqatın aparılması (GHPSS) üzrə seminar”da Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndəsi iştirak edib.

Tədqiqat Azərbaycanda ÜST ilə İSİM-in birgə maliyyə dəstəyi, eləcə də Təhsil Nazirliyinin müvafiq təşkilati yardımı sayəsində reallaşıb. Tədqiqatın ilkin mərhələsində aparılmış sorğu zamanı siqaretçəkmə, tütünlə bağlı bilik və yanaşma, siqaret çəkməkdən imtina, ətrafdakıların siqaret çəkməsi, tütünlə əlaqəli media və reklam, eləcə də məktəb dərsləri haqqında suallar verilib, tütünlə mübarizəyə dair təbliğat məqsədilə İSİM-də hazırlanmış, üzərində məlumatlandırıcı mesajlar olan qələm, qələmyonan, maarifləndirici nəşrlər paylanılıb.

2012-ci il iyunun 11-13-də ABŞ-ın Atlanta şəhərində “Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı” layihəsi çərçivəsində növbəti seminar keçirildi. Tədqiqata qoşulmuş təxminən 60 ölkənin koordinatorunun iştirak etdiyi görüşdə Azərbaycanı İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdi. Seminarın məqsədi ölkələrdə gənclərin tütündən istifadəsi ilə bağlı tədqiqatın növbəti mərhələsində görüləcək fəaliyyətin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması və zəruri məlumatların əldə olunmasıdır.

Seminarda tədqiqat koordinatorları tütün epidemiyası və ona nəzarət üzrə xülasənin hazırlanması, tədqiqatla bağlı məlumatların təhlili üçün statistik proqramın kompleks nümunəsinin istifadəsi barədə məlumatlandırıldılar. Eyni zamanda tədqiqat çərçivəsində təmsil etdikləri ölkələrdə gələcəkdə hesabat və informasiya bülletenlərinin hazırlanması, nəşri və yayılması istiqamətində biliklərə yiyələndilər.

İştirakçılar tütünlə mübarizədə ölkə təcrübələrini bölüşdülər, tütünə nəzarət istiqamətində aparılmış digər tədqiqatlardan bəhs etdilər. Tədqiqat üzrə görülmüş işlər barədə təqdimatlar oldu, qrup işlərində təcrübə mübadiləsi aparıldı.

Tədqiqatın məlumatlarına əsasən, gələcəkdə tütünə dair profilaktika və nəzarət proqramları hazırlanacaq, həyata keçiriləcək və qiymətləndiriləcək.