Türkiyənin İstanbul şəhərində Seksual və Reproduktiv Sağlamlıq sahəsində tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə sübutlu təbabətə əsaslanan təlimat toplusu və klinik protokolların tərtibatı, adaptasiyası və tətbiqində milli təşkilatların bacarıqlarının artırılmasına yönəldilmiş regional təşəbbüs çərçivəsində ilk görüş keçirilmişdir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

26 APREL 2012

Türkiyənin İstanbul şəhərində Seksual və Reproduktiv Sağlamlıq sahəsində tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə sübutlu təbabətə əsaslanan təlimat toplusu və klinik protokolların tərtibatı, adaptasiyası və tətbiqində milli təşkilatların bacarıqlarının artırılmasına yönəldilmiş regional təşəbbüs çərçivəsində ilk görüş keçirilmişdir

2012-ci il aprelin 23-24-də Türkiyənin İstanbul şəhərində Seksual və Reproduktiv Sağlamlıq sahəsində tibbi xidmətlərin keyfiyyətində mövcud olan boşluqların aradan qaldırılması üçün sübutlu təbabətə əsaslanan keyfiyyətli protokolların işlənib hazırlamasında standartların tətbiq edilməsi məqsədilə BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) təşəbbüsünə həsr olunmuş ilk görüş keçirildi.

Təşəbbüsün əsas vəzifələri milli protokolların adaptasiyası/hazırlanması və tətbiqi üçün proqram təlimatlar toplusunun hazırlanması, protokolların işlənməsi, tətbiqi, o cümlədən monitorinq və qiymətləndirilməsi sahəsində regional təlim kurrikulumunun işlənməsi, ölkələrdə istifadə edilə bilən təlimçilər üçün təlim paketinin hazırlanması, klinik auditin tətbiq edilməsidir. Eyni zamanda protokolların işlənməsi, tətbiqi, monitorinq və qiymətləndirilməsi sahəsində milli təşkilatların bacarıqlarının artırılması, ölkələrdə klinik protokolların tətbiqi sahəsində mexanizmlərin işlənməsinə dəstəyin verilməsi, regional və milli təşkilatlara/mərkəzlərə sübutlu təbabətə əsaslanan klinik protokolların işlənməsində dəstəyin verilməsi təşəbbüsün əsas vəzifələrinə daxildir.

Görüşdə Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Gürcüstan, Ermənistan, Qazaxıstan, Kosovo, Qırğızıstan, Makedoniya, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistan və Birləşmiş Krallıqdan nümayəndələr, həmçinin Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İlkin səhiyyənin təşkili şöbəsinin həkim-metodisti Teymur Hüseynov iştirak etmişlər. Görüş milli protokolların işlənib hazırlanması və həyata keçirilməsi üzrə proqram bələdçisinin hazırlanması, protokolların monitorinq və qiymətləndirilməsi, ölkə səviyyəsində istifadə etmək üçün təlim paketinin (təlimçilər və təlimdə iştirak edənlər üçün) hazırlanması və digər mühüm məsələlərin nəzərdən keçirilməsi məqsədini daşıyırdı.

Təşəbbüs BMT-nin Əhali Fondunun bu sahədə mövcud təcrübəsi və ÜST və BMT-nin Əhali Fondunun birgə Strateji Əməkdaşlıq Proqramı daxil olmaqla, ÜST ilə yaradılmış qlobal əməkdaşlıq üzərində reallaşdırılaraq regionda ÜST-nin Avropa Regional Ofisi, Mama-ginekologiya Kral Kollecində və Şərqi Avropa Reproduktiv Sağlamlıq İnstitutunda olan tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilir.