Ölkəmizdə Avropanın immunlaşdırma həftəsi start götürdü | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

25 APREL 2011

Ölkəmizdə Avropanın immunlaşdırma həftəsi start götürdü

2005-ci ilin oktyabrından Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu və regionun bir sıra üzv dövlətləri birinci Avropa İmmunlaşdırma Həftəsini (AİH) keçirib. Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünün məqsədi peyvəndlərlə qarşısı alınan xəstəliklərdən hər bir uşağın qorunmaq hüququ olması barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. 2011-ci ildə bu təşəbbüsə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunun üzvü olan 52 dövlət qoşulub, bu da 2005-ci ildən indiyədək olan ən yüksək iştirak səviyyəsidir. 2011-ci ildə Avropa İmmunlaşdırma Həftəsinin əsas mövzusu “Ümumi təhlükələrə qarşı birgə cavab”dır.

2011-ci il aprelin 25-də ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə Avropanın immunlaşdırma həftəsi start götürdü. Aprelin 26-na kimi davam edəcək immunlaşdırma həftəsi çərçivəsində səhiyyə ocaqlarında uşaqların vaksinasiyası həyata keçiriləcək. Tam vaksinasiya kursunu keçməyən və ya ümumiyyətlə vaksin olunmayan uşaqlar həkim müayinəsindən keçəcəklər. Həftə ərzində ÜST-ün mənzil qərargahı və regional büro üzvlərinin missiyası işgüzar səfərlə ölkəmizdə olacaq.

2011-ci ildə Azərbaycandakı immunlaşdırma həftəsinin əsas məqsədləri bunlardır: 1. Poliomielitdən azad ərazi statusunun saxlanması naminə nəzarətin gücləndirilməsi və poliomielitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsi. 2. Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması. 3. Minilliyin İnkişaf Məqsədlərinə çatmaq naminə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (aradan qaldırılması) ilə əlaqədar bu xəstəliklər üzərində nəzarətin gücləndirilməsi. İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması hər bir yerli tibbi müəssisə tərəfindən təmin ediləcək.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsünə Azərbaycan ilk dəfə 2007-ci ildə qoşulub və bu yöndə fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) immunlaşdırma sahəsində davamlı işlər görərək, bu istiqamətdə öz töhfəsini verməkdədir. Belə ki, 2010-cu ilin oktyabr-dekabr aylarında ÜST və İSİM-in əməkdaşlığı sayəsində “Tibb kolleci üçün metodiki vəsaitlərin hazırlanması” layihəsi gerçəkləşdirilib. Layihə çərçivəsində müxtəlif xəstəliklər (difteriya, qızılca və s.) üzrə immunlaşdırma, eyni zamanda “İmmunlaşdırmadan sonra xoşagəlməz hallar (reaksiya və ağırlaşmalar)” mövzularında stendlər hazırlanıb, 2 hissədən ibarət video-çarx çəkilib.