İSİM-də “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda PİLOT TƏLİM KURSU keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

14 DEKABR 2010

İSİM-də “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda PİLOT TƏLİM KURSU keçirildi

2010-cu il dekabrın 6-10-u və 13-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda PİLOT TƏLİM KURSU keçirildi. Kurs AR Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında 2 illik əməkdaşlıq barədə saziş əsasında, “İctimai səhiyyə və fövqəladə halların idarə edilməsi” mövzusunda təlim kursunun təşkili layihəsi çərçivəsində təşkil olunub. ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin və İSİM-in təşəbbüsü ilə keçirilən təlimdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, şəhər poliklinikalarının rəhbərləri iştirak ediblər. ÜST tərəfindən maliyyələşdirilən kursun təlimçiləri AR Fövqəladə Hallar Nazirliyinin, AR Səhiyyə Nazirliyinin, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Tibb Universitetinin mütəxəssislərindən ibarət qrup olub.

ÜST-ün müəyyənləşdirilmiş 13 prioritet istiqamətindən biri də üzv dövlətlərin səhiyyə sisteminin Fövqəladə Hallara (FH) hazırlıq məsələsidir. Avropa regional bürosunun 53 üzvündən 9-u bu cür təlim kurslarının keçirilməsi üçün təşəbbüs irəli sürüb. Azərbaycan təşəbbüskarlığına görə, regional səviyyədə üzv dövlətlərə liderlik edir. İlk olaraq Azərbaycan bu təlim proqramının hazırlanmasına səy göstərib və bir neçə təlimçimiz İsraildə belə kursun keçirilməsi, təşkili ilə bağlı təlim keçiblər. Təlimçilər üçün təlimin keçirilməsində beynəlxalq ekspertlər də iştirak ediblər. ÜST tərəfindən bu mövzuda dərslik hazırlanıb. Bu pilot təlim kursunda məqsəd təlim materiallarını sınaqdan keçirməkdir. İctimai səhiyyədə ayrı-ayrı fövqəladə hallar zamanı görüləcək işlər, həyata keçiriləcək tədbirlər barədə məlumatlılıq önəmlidir.

Altı günlük kurs ərzində təlimçilər iştirakçılara fövqəladə hallarda ictimai səhiyyədə idarəçiliyin qurulması ilə əlaqədar məlumat verdilər.

Azərbaycanda fövqəladə hallar zamanı səhiyyə sektorunun rolundan və idarəetmənin qurulmasından bəhs edilən təqdimatlar maraqla qarşılandı. “Fövqəladə hallarda yoluxucu xəstəliklərin idarə olunması”, “Fövqəladə hallarda epidemiologiya”, “Fövqəladə hallarda qida çatışmazlığı” və digər mövzulara həsr olunmuş çıxışlarda böhran zamanı görüləcək tədbirlər barədə bəhs edildi. İştirakçılar da öz növbəsində təlim kursunun materialları əsasında müzakirə apardılar.

Fövqəladə hallarda ictimai səhiyyə üzrə təqdimatlarda maraqlı məqamlara toxunuldu. Məruzədə böhran zamanı ətraf mühitin sağlamlığının qorunmasının vacibliyi qeyd edildi. Təlim kursunda həmçinin mürəkkəb fövqəladə hallarda reproduktiv sağlamlıq, fəlakətlər zamanı xroniki xəstəliklərin idarə olunması, FH-da təcili tibbi yardım sisteminin rolu, fərdi mühafizə və dezinfeksiya, fövqəladə hal kontekstində ekoloji səhiyyə mövzularında da çıxışlar oldu.

Kurs ərzində qazanılmış nəzəri biliklər praktik məşğələlərdə tətbiq edildi. İştirakçıları maraqlandıran suallar əsasında fikir mübadiləsi aparıldı. Sonda sertifikatlar təqdim olundu.