İSİM-də növbəti təşkilatlararası iclas keçirilmişdir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

19 YANVAR 2010

İSİM-də növbəti təşkilatlararası iclas keçirilmişdir

Yanvar ayının 19-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 2010-cu ilin ilk təşkilatlararası iclası keçirildi.

İclasda İSİM-in rəhbərliyi ilə bərabər Azərbaycanda fəaliyyət göstərən və İSİM ilə sıx əməkdaşlıq edən Engender Health, UNİCEF, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Qlobal Fond, Abt. Associates, UNODC, Oxfam, UAFA və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, eləcə də Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova və Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” layihəsinin milli koordinatoru Azad Hacıyev iştirak etdilər.

İştirakçılar ilk növbədə 20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, sonra isə son ay ərzində gördükləri işlər, həyata keçirdikləri layihə və tədbirlərlə yanaşı 2010-cu il üçün planlaşdırdıqları yeni fəaliyyətlər haqqında məlumat verdilər.

İclas BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Bakı Ofisinin rəhbəri Arzu Quliyevanın “Həssas qruplar arasında HİV/AİDS-in effektli profilaktikası” haqqında təqdimatı ilə davam etdi. Təqdimat zamanı A.Quliyeva HİV/AİDS-lə yaşayan insanların sayının ildən-ilə artma dərəcələri, bu xəstəliyə yoluxma ehtimalları, HİV/AİDS-in epidemioloji yayılma etapları, inyeksion narkotiklərin istifadəçiləri arasında HİV/AİDS-in profilaktikasına, müalicəsinə və qulluğuna yönələn tədbirlər haqqında danışdı. A.Quliyeva 2006-cı ildən “Həssas qruplar arasında HİV/AİDS-in effektli profilaktikası”na yönələn bu layihənin əsasən 3 nazirlik - Səhiyyə, Ədliyyə və Daxili İşlər nazirlikləri ilə əməkdaşlığını qeyd etdi, layihənin istiqamətlərini, iş prinsiplərini iştirakçıların nəzərinə çatdırdı və əldə olunan nəticələri xüsusi vurğuladı.

İclasın sonunda İSİM-in rəhbərliyi nümayəndələri maraqlandıran sualları cavablandırdı, növbəti iclasın fevral ayının 10-da keçiriləcəyini iştirakçıların nəzərinə çatdırdı.