Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, IFMSA-nın (International Federation of Medical Students Assosiations) Türkiyə nümayəndəliyi və UNFPA/Y-Peer təşkilatının dəstəyi ilə «Həkimlər və Təbib Tələbələr İctimai Birliyi» (AzerMDS) “HIV/AIDS və Reproduktiv Sağlamlıq üzrə həmyaşıd təlimçilər üçün təlim” proqramını həyata keçirmişdir. | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

10 FEVRAL 2009

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, IFMSA-nın (International Federation of Medical Students Assosiations) Türkiyə nümayəndəliyi və UNFPA/Y-Peer təşkilatının dəstəyi ilə «Həkimlər və Təbib Tələbələr İctimai Birliyi» (AzerMDS) “HIV/AIDS və Reproduktiv Sağlamlıq üzrə həmyaşıd təlimçilər üçün təlim” proqramını həyata keçirmişdir.

Təlim 2 fevral 2009-cu il, Gənclər günündə Bakıda, “Buta” Gənclərə Dostluq Klinik Sağlamlıq Mərkəzində başlanmış, fevralın 6-dək davam etmişdir.
Təlimin keçirilməsinə zərurət HIV/AIDS-in, eləcə də digər cinsi yolla yoluxan xəstəliklərin gənclər arasında yayılma riskinin yüksək olmasından irəli gəlir. Bunun əsas səbəblərindən biri gənclər arasında reproduktiv sağlamlıqla bağlı biliklərin lazımi səviyyədə olmamasıdır. Reproduktiv sağlamlıq biliklərinin gənclər arasında yayılmasının sınanmış yolu əsaslı maarif işinin təşkilidir. Bu sahədə əldə edilmiş təcrübə göstərir ki, ən effektli maarif üsulu həmyaşıdlar vasitəsilə aparılan maarif işidir. Bu maarif üsulunun əsas üstünlüyü odur ki, insanlar məlumatı etibar etdiyi, onunla oxşar dünyagörüşünə, maraqlara malik olan şəxslərdən alır.
Tədbir gələcəkdə təlimçi olaraq fəaliyyət göstərmək arzusunda olan gənclər üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə təlim zamanı Türkiyənin və Y-Peer Azərbaycan təşkilatının təlimçiləri, həmçinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi tərəfindən 20 nəfər təlimçi hazırlandı.