Rayonlarda təlimlər keçirilmişdir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

27 FEVRAL 2010

Rayonlarda təlimlər keçirilmişdir

Klinik protokolların yerlərdə tətbiqi və əhaliyə göstərilən tibb xidmətinin səviyyəsini artırmaq məqsədi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin (İSXG) texniki dəstəyi ilə 2010-cu ilin fevral ayının 17-dən 26-dək Respublikanın Qax, İsmayıllı, Şəki, Ağdaş, Səhiyyə Nazirliyinin tövsiyəsinə əsasən Zaqatala, Oğuz, Qəbələ, Ucar, Göyçay və Şamaxı rayonlarında fəaliyyət göstərən mama-ginekoloqlar və mamalar üçün “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq”, “Hamiləlik zamanı qanaxmalar” klinik protokoları və “Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində mama-ginekoloji yardımın təşkili haqqında” təlimat üzrə təlimləri keçirmişdir.

Təlimlərdə Qaxdan 6 mama-ginekoloq, 45 mama, İsmayıllıdan 7 mama-ginekoloq, 20 mama, Şəkidən 27 mama-ginekoloq, 91 mama, Ağdaşdan 11 mama-ginekoloq, 67 mama, Zaqataladan 6 mama-ginekoloq, 11 mama, Oğuzdan 3 mama-ginekoloq, Qəbələdən 4 mama-ginekoloq, Ucardan 5 mama-ginekoloq, Göyçaydan 8 mama-ginekoloq və Şamaxı rayonundan 3 mama-ginekoloq, cəmi 80 mama-ginekoloq və 237 mama iştirak etmişdir.

“Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq” klinik protokolu üzrə təlimləri Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova, “Hamiləlik zamanı qanaxmalar” klinik protokolu üzrə təlimləri Azərbaycan Tibb Universitetin I mama-ginekologiya kafedrasının assistenti, t.e.n. Sevinc Məmmədova, “Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində mama-ginekoloji yardımın təşkili haqqında” təlimat üzrə təlimləri isə Bakı Baş Səhiyyə İdarəsinin 7 sayli qadın məsləhətxanasının baş həkimi Südabə İsmayılova və 9 saylı qadın məsləhətxanasının baş həkimi Tərifə İskəndərova tərəfindən təqdim olunmuşdur.