Uşaqlar arasında peyvəndlə əhatə olunmanın qiymətləndirilməsinə dair dəyirmi masa keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • “Məktəbyaşlı uşaqların sağlamlıq davranışları”nın öyrənilməsinə dair Azərbaycan üzrə milli tədqiqat aparılıb
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

22 İYUL 2026

Uşaqlar arasında peyvəndlə əhatə olunmanın qiymətləndirilməsinə dair dəyirmi masa keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqlar arasında peyvəndlə əhatə olunmanın qiymətləndirilməsi, əldə olunan nəticələrin təhlili və növbəti addımlar” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbir ölkə üzrə uşaqlar arasında peyvəndlənmə səviyyəsini ölçmək üçün keçirilmiş sorğunun nəticələrini təqdim etmək, immunoprofilaktika sahəsində mövcud vəziyyəti və çətinlikləri müzakirə etmək məqsədilə keçirilib. Eyni zamanda, peyvəndlənmə dairəsinin genişləndirilməsinə və dövlət proqramının səmərəli icrasına kömək edəcək tövsiyələrin hazırlanması məsələləri nəzərdən keçirilib.

İSİM-in direktoru Səbinə Babazadə tədbiri giriş sözü ilə açaraq uşaqlar arasında peyvəndləmə səviyyəsinin yüksəldilməsinin əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərin qarşısının alınması gələcək nəsillərin sağlam böyüməsində əsas rol oynayır.

Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova çıxış edərək ölkədə immunoprofilaktika sahəsində görülən işlərdən və bu istiqamətdəki qaydaların təkmilləşdirilməsindən danışıb. O, yoluxucu xəstəliklərlə mübarizədə peyvəndləmənin ən təsirli vasitə olduğunu bildirib, nazirliyin əsas məqsədinin immunlaşdırma proqramının əhatə dairəsini genişləndirmək və tibb müəssisələrinin fəaliyyətinə nəzarəti gücləndirmək olduğunu diqqətə çatdırıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Sara Həsənova çıxışında uşaqların sağlamlığının qorunmasının və yoluxucu xəstəliklərin profilaktikasının səhiyyə sahəsində qarşıda duran əsas prioritetlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, epidemioloji təhlükəsizliyin təmin olunması və yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində aidiyyəti qurumlar arasında səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan immunoprofilaktika tədbirlərinin gücləndirilməsi, peyvəndlə əhatə səviyyəsinin artırılması və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.

Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova çıxışında ana və uşaq sağlamlığının qorunmasında peyvəndləmənin xüsusi yer tutduğunu qeyd edib. O, uşaqların erkən yaşlarında immunitetinin möhkəmləndirilməsinin vacibliyini bildirib, sahə həkimlərinin valideynlərlə fərdi iş aparmasının və peyvənd təqviminə ciddi riayət olunmasının önəmini vurğulayıb.

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova Azərbaycanda 0-6 yaşlı uşaqlar arasında peyvəndlə əhatə səviyyəsini öyrənmək üçün İSİM tərəfindən aparılmış sorğunun nəticələrinə dair geniş təqdimatla çıxış edib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Samirə Nəcəfova uşaqların peyvəndlə əhatə olunması və son altı aylıq hesabatların nəticələrini iştirakçılara təqdim edərək, ölkədəki epidemioloji vəziyyət barədə məlumat verib.

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva Azərbaycanda uşaqların peyvəndlə əhatə olunmasına dair 2018-ci və 2025-ci illərdə aparılan sorğuların müqayisəli təhlilini diqqətə çatdırıb və illər üzrə dəyişiklikləri qeyd edib.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova beynəlxalq tədqiqat üsullarından istifadə edilməklə ölkəmizdə aparılan araşdırmaların nəticələri barədə danışıb və vacib məqamları vurğulayıb.

Dəyirmi masanın sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və irəli sürülən təkliflər müzakirə edilib.

Şəkil