“Sağlam gələcək” sosial layihəsinə start verilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

25 İYUN 2026

“Sağlam gələcək” sosial layihəsinə start verilib

Səhiyyə Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə tərəfdaşlığı çərçivəsində “Sağlam gələcək” sosial layihəsinə start verilib. Layihə qadınların reproduktiv sağlamlığının qorunmasına dəstək verilməsini, profilaktik müayinələrin əhəmiyyəti barədə məlumatlılığın artırılmasını və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Layihə çərçivəsində AHİK-in və üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə “Qadın sağlamlığı və reproduktiv rifah” mövzusunda ilk tədbir təşkil olunub. Tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, səhiyyə sahəsi üzrə ekspertlər, AHİK-in və üzv təşkilatlarının əməkdaşları iştirak ediblər. AHİK sədrinin müavini Musa Mirzəyev, Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Səbinə Babazadə çıxış edərək qadın sağlamlığının qorunmasının cəmiyyətin davamlı inkişafı, sağlam ailə institutunun möhkəmləndirilməsi və demoqrafik sabitliyin təmin olunması baxımından əhəmiyyətini diqqətə çatdırıblar. Sonra tibbi ekspertlər və mütəxəssislər tərəfindən “Süd vəzi sağlamlığı: hər bir qadının bilməli olduğu vacib məqamlar”, “Qadın sağlamlığının qorunması: reproduktiv orqanlarda olan patologiyaların profilaktikası və erkən diaqnostikası”, “Stresin reproduktiv sağlamlığa təsiri”, “Reproduktiv sağlamlıq: seçim, həyat və demoqrafik davamlılıq” mövzularında maarifləndirici təqdimatlar edilib. Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Şəkil