“Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

4 İYUN 2026

“Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə “Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir keçirilib. Sağlam həyat tərzinin təbliği mövzusunda təşkil olunan tədbirin əsas məqsədi gənc nəslin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarət olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Nailə İbrahimova maarifləndirmə tədbirlərinin rolunu vurğulayaraq, gəncləri məlumatlı olmağa və sağlam həyat tərzi seçməyə çağırıb. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova iştirakçılara zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verib. O, şagirdlərə sağlam qidalanmağı, hər gün fiziki aktivliyə vaxt ayırmağı tövsiyə edərək, erkən yaşlardan sağlam həyat tərzi seçməyin üstünlüklərini vurğulayıb. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanıb çap edilən maarifləndirici materiallar paylanılıb.
 
Şəkil