1 MAY 2026
“Hədəf 130/80” layihəsi çərçivəsində növbəti müayinə aksiyası keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) və “Servier Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə “Hədəf 130/80” layihəsi çərçivəsində növbəti müayinə aksiyası təşkil olunub. Milla Dairy MMC-də təşkil olunan maarifləndirmə tədbirində İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, müdir müavini Zümrüd Kazımova, “Servier Azərbaycan” şirkətinin nümayəndəsi Samir Muradov çıxış ediblər. Belə sosial layihələrin məqsədi əməkdaşlar arasında sağlam həyat tərzini təşviq etmək və xəstəliklərin vaxtında aşkarlanmasına imkan yaratmaq oldyğu diqqətə çatdırılıb. Bildirilib ki, aksiya çərçivəsində əməkdaşların arterial təzyiqi ölçülür, ürək-damar xəstəlikləri üzrə erkən diaqnostik müayinələr aparılır. Eyni zamanda, iştirakçılara risk faktorlarının qarşısının alınması və sağlam həyat tərzinin mənimsənilməsi istiqamətində tibbi tövsiyələr verilir. Müayinə aksiyalar zamanı müəssisənin əməkdaşları müayinə olunub, onların ürək-damar sisteminin vəziyyəti qiymətləndirilib və fərdi tibbi məsləhətlər verilib.









