11 DEKABR 2025
“10 dekabr – İnsan Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin təşəbbüsü ilə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə professor-müəllim heyəti və tələbələrin iştirakı ilə tədbir təşkil olunub.
ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, tibb elmləri doktoru, dosent Yaqut Hacıyeva, Təlim-tərbiyə işləri üzrə prorektoru Mahir Səfərov, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Fərəh Baxışlı çıxış edərək, bu tədbirlərin tələbələrin maarifləndirilməsində, həmçinin onların bir vətəndaş kimi yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva geniş təqdimatla çıxış edərək, insan hüquqlarının qorunması sahəsində dövlət siyasəti, sağlamlıq hüquqları barədə ətraflı məlumat verib.
Yekunda İnsan Hüquqları Gününə həsr olunan maarifləndirici videoçarx nümayiş etdirilib, sərgidə rəsm əsərlərini təqdim edən tələbələrə hədiyyələr verilib.









