“Hədəf 130/80” layihəsi çərçivəsində bölgələrdə skrininqlər və maarifləndirmə tədbirləri keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

3 DEKABR 2025

“Hədəf 130/80” layihəsi çərçivəsində bölgələrdə skrininqlər və maarifləndirmə tədbirləri keçirilib

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Regional İnkişaf İctimai Birliyi (RİİB), Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) və “Servye Azərbaycan” şirkətinin birgə əməkdaşlığı ilə ilkin səhiyyə xidməti çərçivəsində həyata keçirilən “Hədəf 130/80” layihəsi üzrə bölgələrdə skrininqlər və maarifləndirmə tədbirləri davam etdirilir.
 
Qeyri-infeksion xəstəliklərin profilaktikası, arterial hipertenziya ilə mübarizə məqsədilə, 26-28 noyabr 2025-ci ildə Quba, Qusar, Balakən, Zaqatala və Qax rayonları üzrə ilkin tibbi xidmət müəssisələrində, Quba və Balakən rayonlarında yerləşən Asan xidmət mərkəzlərində skrininqlər həyata keçirilib.
 
Qeyd edək ki, qeyri-infeksion xəstəliklərin qarşısının alınması məqsədilə həyata keçirilən bu layihə çərçivəsində respublika üzrə müxtəlif regionlarda skrininqlər və maarifləndirmə aksiyalarının, təbliğat və təşviqat kampaniyasının aparılması nəzərdə tutulub.
 
Şəkil