27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

26 SENTYABR 2025

27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə bağlı tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, YAP Yasamal rayon təşkilatı, müharibə veteranları, şəhid ailələri, səhiyyə və tibb işçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla və bir dəqiqəlik sükutla yad olunub.

İSİM-in direktoru Səbinə Babazadə açılış nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam bütün şəhidlərimizə dərin hörmət əlaməti, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. O, Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçilərinin də misilsiz qəhrəmanlıq və şücaət göstərdiyini, 159 hərbi tibb işçisinin yaralandığını, 44 tibb işçisinin qəhrəmancasına şəhid olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdir müavini Rauf Nağıyev vurğulayıb ki, xalqımızın birliyi, əzmi və qəhrəman övladlarının sayəsində ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalət və beynəlxalq hüquq da bərpa edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 27 sentyabr - Anım Günü hər bir azərbaycanlının ürəyində Vətənə olan sonsuz sevgini yenidən alovlandıran qəhrəmanlıq salnaməsini tərənnüm edir. O, vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri, əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız iradə, birlik və həmrəylik nümayiş etdirərək yeni tarix yazdılar.

Vətən müharibəsi şəhidi Əli Nadir oğlu Bayramovun anası Səbinə Bayramova şəhidimizin rəşadətindən bəhs edib, şəhidin fotoşəkilləri əsasında hazırlanmış videoçarxda Əli Bayramovun şərəfli ömür yoluna nəzər salınıb.

İkinci Qarabağ müharibəsi veteranı Vahab Nehmətov 44 günlük savaşda və eyni zamanda, keçirilən antiterror tədbirlərində qazanılan uğurları, şərəfli döyüş yolundan yadda qalan qürurlu xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Yekunda bir daha vurğulanıb ki, xalqımızın azadlığı və işıqlı sabahı naminə mübarizə aparan Vətən övladlarının qəhrəmanlığı unudulmayacaq, yeni nəsillər onlardan öyrənəcək və onlarla daim öyünəcək.

Şəkil