Şagirdlər arasında fiziki aktivliyin təbliğinə həsr olunan yarış keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

30 DEKABR 2023

Şagirdlər arasında fiziki aktivliyin təbliğinə həsr olunan yarış keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 30 dekabr 2023-cü ildə Bakı şəhəri 5 nömrəli SHE – sağlamlığı təşviq edən tam orta məktəbində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Fəal ol, sağlam ol!” mövzusunda maarifləndirici tədbir və yarış keçirilib.

Tədbirin məqsədi fiziki aktivliyin əhəmiyyəti barədə uşaqları məlumatlandırmaq və onları sağlam həyat tərzi yaşamağa çağırmaq idi.

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva və həkim-metodisti Sevinc Bağırova çıxış edərək fiziki aktivliyin əhəmiyyəti, növləri barədə ətraflı məlumat veriblər. İnteraktiv oyun şəklində keçirilən tədbir zamanı şagirdlər komandalara bölünərək müxtəlif idman növləri üzrə yarışıblar.

Yekunda qalib komandalara mükafatlar, medallar və müxtəlif hədiyyələr təqdim olunub.