177 nömrəli orta məktəbdə maarifləndirici bilik yarışması keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

25 DEKABR 2023

177 nömrəli orta məktəbdə maarifləndirici bilik yarışması keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 21 dekabr 2023-cü ildə Nərimanov rayonu 177 nömrəli SHE – sağlamlığı təşviq edən tam orta məktəbində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fəal ol, sağlam ol!” mövzusunda maarifləndirici tədbir və yarış keçirilib.

Tədbirin məqsədi fiziki aktivliyin əhəmiyyəti barədə uşaqları məlumatlandırmaq və onları sağlam həyat tərzi yaşamağa çağırmaq idi.

Tədbirdə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova və əməkdaşı Elnarə İsmayılıva çıxış edərək fiziki aktivliyin əhəmiyyəti, gigiyena qaydaları, zərərli vərdişlər barədə ətraflı məlumat veriblər.

İnteraktiv oyun şəklində keçirilən tədbir zamanı şagirdlər komandalara bölünərək sağlamlığın qorunması ilə bağlı bilik və bacarıqlarının yoxlanılması üçün “Bilik yarışması”da iştrak ediblər.

Yekunda idman və bilik yarışlarının qaliblərinə mükafatlar, medallar və müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsinin əsas məqsədi sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını həyata keçirmək, məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir. Şəbəkənin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələri Azərbaycan məktəblərində 2018-ci ildən başlayaraq hər il həyata keçirilir.

Şəkil