Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri “Rusiya səhiyyə həftəsi – 2023” belnəlxalq elmi-praktik forumda iştirak ediblər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

14 DEKABR 2023

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri “Rusiya səhiyyə həftəsi – 2023” belnəlxalq elmi-praktik forumda iştirak ediblər

Moskva şəhərində 4-8 dekabr 2023-cü ildə “Rusiya səhiyyə həftəsi – 2023” belnəlxalq elmi-praktik forumu keçirilib. Forumun əsas məqsədi “Səhiyyə və demoqrafiya”, “Turizm və qonaqpərvərlik sənayesi”, “Tibbi xidmətlər ixracının inkişafı” layihələrini təşviq etmək və tibb sahəsində elm və texnologiyalarla bağlı fikir mübadiləsiaparmaq idi.
 
Forumda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva və Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsinin müdiri Samir Mehdiyev iştirak ediblər.
 
Səhiyyə həftəsi çərçivəsində sərgiləri təşkil olunub, “İctimai səhiyyə”, İnnovativ tibbi layihələrin tətbiqi: pasiyentlər üçün yenilikləri əlçatan etməyin yolları”, “Qadının ailə üzvlərinin sağlamlığını qorumaqda rolu”, “Elm və texnologiya onilliyi: Səhiyyə”, “Qadın – sağlamlıq modeli” və s. mövzularda sessiyalar keçirilib. İştirakçılar forum çərçivəsində keçirilən konfrans, təqdimat, seminar və ustad dərslərində iştirak edib, təcrübələrini bölüşüb, səhiyyə sistemində tətbiq olunan innovasiyalar barədə fikir mübadiləsi aparıblar.