1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

29 NOYABR 2023

1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSIM) və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 29 noyabr 2023-cü ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.

Zabit və kursantların iştirakı ilə təşkil olunan tədbirin məqsədi gənc nəsli sağlam həyat tərzi istiqamətində maarifləndirmək, zərərli vərdişlərin və təhlükəli davranışların ağır fəsadları barədə ətraflı məlumat vermək olub. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkəmizdə gənc nəslin sağlam inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, gəncləri sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, təhlükəli vərdiş və davranışlardan uzaq olmağa çağırıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova geniş təqdimatla çıxış edərək, İİV /QİÇS və infeksiyanın yoluxma yolları barədə ətraflı məlumat verib. O bildirib ki, İİV infeksiyası İnsanın İmmunçatışmazlığı Virusları tərəfindən törədilən və immun sisteminin artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. QİÇS isə İİV-infeksiyasının sonuncu kliniki mərhələsidir.

İştirakçıların diqqətinə çatdırılıb ki, milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir kəsin yoluxa biləcəyi bu infeksiyadan qorunmaq üçün fərdi gigiyena və qorunma qaydalarına riayət etmək vacibdir. Tədbirdən sonra kursantlar üçün “Özünü QİÇS-dən qoru!” mövzusunda maarifləndirici aksiya təşkil olunub. Aksiya iştirakçılarına bir daha sağlam həyat tərzinin üstünlükləri barədə məlumat verilib, onlara İSİM və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.

şəkil