İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

17 NOYABR 2023

İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 17 noyabr 2023-cü ildə 20 noyabr – Ümumdünya Uşaq Gününə həsr olunan tədbir keçirilib. Bildirilib ki, BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin və Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edildiyi bu tarix hər il bütün dünyada, o cümlədən ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur.
 
İSİM-in direktoru Qəhrəman Haqverdiyev uşaqları salamlayaraq,ölkəmizdə uşaqların xüsusi qayğı ilə əhatə olunduğunu, yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Cəmiyyətimizin ən həssas və kövrək təbəqəsi olan uşaqların fəal iştirakı ilə keçirilən Uşaq Günündə onlara öz hüquqları, o cümlədən sağlamlığın qorunması, gigiyena qaydaları, zərərli vərdişlərdən uzaq olmağın vacibliyi, sağlam qidalanmanın faydaları və digər mövzularla bağlı ətraflı məlumat verilib.
 
Uşaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin fəaliyyətindən geniş bəhs olunub, onlar İSİM-də təşkil edilən, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan sərgi ilə tanış olublar. Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilən aksiya çərçivəsində isə, uşaqlar və valideynlərinin gözləri müayinə olunub, onlara müvafiq tövsiyələr verilib.
 
Yekunda uşaqların təklifləri dinlənilib, sualları cavblandırılıb, maarifləndirici-əyləncəli oyunlar təşkil edilib. İctimai səhiyyənin balaca dostlarına hədiyyələr təqdim olunub.
Şəkil