ATU-da “İctimai səhiyyə və peşə xəstəlikləri” mövzusunda konfrans oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

5 MAY 2023

ATU-da “İctimai səhiyyə və peşə xəstəlikləri” mövzusunda konfrans oldu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Təbabətin aktual problemləri” beynəlxalq praktiki konqres çərçivəsində 4 may 2023-cü il tarixdə Azərbaycan Dövlət Tibb Universitetində (ATU) “İctimai səhiyyə və peşə xəstəlikləri” mövzusunda konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev ictimai səhiyyənin inkişafına həsr olunmuş və İSİM-lə əməkdaşlıqla təşkil olunmuş bu konfransın əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş geniş spektrli fəaliyyətlərin müzakirəsi istiqamətində mühüm addım olduğunu vurğuladı. ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qaniyeva bu sahədə dərin biliklərə,  səmərəli bacarıqlara yiyələnmiş mütəxəssis-həkimlərin hazırlanmasının böyük məsuliyyət tələb etdiyini bildirdi.

 ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva müasir dövrdə tibb işçilərinin əsas fəaliyyət istiqamətlərinin məhz yeni nəslin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yönəldiyini qeyd etdi. Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun Peşə xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sevda Xəlilova “Azərbaycanda peşə xəstəliklərinin epidemiologiyası və profilaktikası” mövzusunda çıxış edərək, peşə epidemiologiyasının inkişaf tarixi, tədqiqat metodları ilə bağlı məlumatları diqqətə çatdırdı. İSİM-in direktoru Qəhrəman Haqverdiyevin “Sağlamlığın təşviqində innovativ yanaşmalar: milli təcrübə və qlobal nümunələr” mövzusunda geniş təqdimatı maraqla qarşılandı. O vurğuladı ki, müasir dövrdə səhiyyə sisteminin bütün səviyyələrində inkişafın innovativ yönümlü olması, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində yeni yanaşmaların, ən yeni rəqəmsal texnologiyaların tətbiqi çox vacibdir.

İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova QİX ilə mübarizə sahəsində İSİM tərəfindən görülən işlər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə aparılan tədqiqat zamanı əldə olunmuş nəticələr barədə tədbir iştirakçılarını məlumatlandırdı. “İctimai səhiyyə qərarlarının qəbulunda sübuta dayanıqlı səhiyyə tədqiqatlarının tətbiqi” haqqında danışan İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova ÜST Avropa üzrə Regional Ofisinin dəstəyi ilə Azərbaycanda aparılan Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı, ÜST-nin qəbul etdiyi metodologiya üzrə Azərbaycanda keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC) və onun nəticələri, o cümlədən Səhiyyə Nazirliyi və İSİM tərəfindən sübutlu təbabət prinsiplərinə əsasən hazırlanan klinik protokollar barədə konfrans içtirakçılarına məlumat verdi.

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə “Dünyada və Azərbaycanda İİV/QİÇS epidemiyası, ölkədə olan epidemioloji vəziyyət, peşə təması, post kontakt profilaktika” mövzusunda təqdimatla çıxış edərək, dünyada və Azərbaycandakı epidemioloji vəziyyəti, İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydalarını diqqətə çatdırdı. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov  İSİM tərəfindən 2021-ci ildən həyata keçirilən “Azərbaycanda səhiyyə işçiləri arasında COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi tədqiqatı” barədə məlumat verdi, tədqiqatın gələcək tibbi araşdırmalara və elmi məqalələrin yazılmasına verə biləcəyi töhfələrdən bəhs etdi.

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova “Epidemioloji tədqiqatlar epidemioloji nəzarətin təşkilinin əsası kimi: tarixi və inkişaf perspektivləri” barədə danışdı. Yeni nəslin sağlam inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev “Tütün epidemiyası ilə mübarizə: beynəlxalq problemlər və yanaşmalar” mövzusunda geniş təqdimatla çıxış etdi, ölkəmizdə əhalinin sağlamlığının qorunması, zərərli vərdişlərlə mübarizə istiqamətində İSİM tərəfindən görülən işləri nəzərə çatdırdı. ATU-nun Uşaq- yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosentləri Səyyad Gürzəliyev, Zöhrə İsmayılova və Minayə Nəbiyeva, həmin kafedranın  nümayəndələri Sədaqət Həsənova və Nərminə Cəfərzadə çıxış edərək, əhali arasında tibbi müayinələrinin aparılmasının təşkili və digər aktual məsələlərdən söz açdılar. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Könül İsmayılova “İctimai sağlamlıq problemləri”, ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Fərəh Baxışlı “Qida davranışı pozuntusunun profilaktikasına tibbi, sosial və teoloji yanaşmalar”, Qidalanma və tibbi ekologiya kafedrasının nümayəndəsi Avaxanum Vəlibəyova “Şagirdlərdə faktiki qidalanma ilə vitamin çatışmazlığı əlamətləri arasında əlaqə” ilə bağlı təqdimatlarla çıxış etdilər.  

 Konfransın sonunda tədbir iştirakçılarının sualları cavablandırıldı və və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

şəkil