Qazaxıstanda Avropa regionu ölkələrinin iştirakı ilə tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

17 NOYABR 2022

Qazaxıstanda Avropa regionu ölkələrinin iştirakı ilə tədbir keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun dəstəyi ilə Qazaxıstanın Almatı şəhərində 15-16 noyabr 2022-ci il tarixdə  “BRİEF: ilkin səhiyyə xidməti səviyyəsində qeyri-infeksion xəstəliklərin risk faktorlarına qarşı inteqrasiya olunmuş qısa müdaxilələr” təlimatının təqdimatı üzrə tədbir keçirildi.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Məkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Ceyran Abdullayeva tədbirdə iştrak etdilər.

ÜST-nin Avropa regionunda qeyri-infeksion xəstəliklərin (QİX) ölüm və əlilliyin əsas səbəbi olduğunu və bütün dünyada əhalinin sağlamlığı üçün əhəmiyyətli təhlükə yaratdığını nəzərə alaraq keçirilən tədbirin əsas məqsədi regionda sağlamlıq üçün əsas təhdid yaradan tütün və alkoqol istifadəsini azaltmaq, fiziki aktivliyi artırmaq üçün effektiv müdaxilələr tətbiq etmək istiqamətində tədbirlər görmək, həmçinin, əhali arasında artıq çəki, piylənməyə nəzarət, sağlam qidalanmaqla bağlı  məlumatlılığın artırılması ilə bağlı inteqrasiya olunmuş əlverişli mühit yaratmaqdır.

Region ölkələrin ilkin səhiyyə mütəxəssislərinin,  səhiyyə rəhbərlərinin, ekspert və peşəkar təşkilatların nümayəndələrinin iştrakı ilə keçirilən ikigünlük tədbir müddətində nümayəndələr QİX-in risk faktorları, əhalinin sağlamlığının qorunmasında vacib addımlarla yanaşı, qısa müdaxilələrə dair inteqrasiya olunmuş təlimatlar və praktik məlumatlar əldə etdilər.

 

Şəkillər