Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

14 NOYABR 2022

Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Kardiologiya Cəmiyyəti və “Üçüncü bahar” İctimai Birliyinin əməkdaşlığı ilə 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi.
Şamaxı şəhərində 14 noyabr 2022-ci il tarixdə təşkil olunan aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi, qanda şəkərinsəviyyəsinin müəyyən olunması) dəvət edildilər, onlara həkim və kardioloq, ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verildi.
İSİM-in nümayəndələri – Laura Quliyeva, Sevda Məmmədova və Pərvin Quliyeva, Azərbaycan Kardiologiya Cəmiyyətinin nümayəndəsi Hikmət Əliyev aksiya iştirakçılarına qeyri-infeksion xəstəliklərin, o cümlədən diabetin əsas risk amilləri barədə məlumat verdilər. Vurğulandı ki, şəkərli diabet qanda şəkərin səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir. Şəkərli diabetə nəzarət olmadıqda, qanda qlükozanın səviyyəsinin yüksəlməsi meydana çıxır. Bu isə orqanizmin əksər sistemlərinin zədələnməsinə səbəb olur. Şəkərli diabetin əsas risk amillərinə isə, artıq çəki, azhərəkətlilik, yaxın qohumlarda xəstəliyin olması, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, stress, qeyri-sağlam qidalanma və s. faktorlar aiddir. Aksiyada həmçinin iştirakçılara düzgün və balanslı qidalanma ilə bağlı məlumat verildi, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edildi, bu mövzulara dair İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.
Qeyd edək ki, Ümumdünya Diabetlə Mübarizə Günü 1991-ci ildən bəri dünyanın 160-dan çox ölkəsində, o cümlədən Azərbaycanda hər il müxtəlif tədbirlərlə qeyd edilir, diabetdən qorunmaq üçün əhali arasında geniş təbliğat aparılır.
 
Şəkillər