Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir və aksiya keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

XƏBƏRLƏR bütün xəbərlər

14 İYUN 2022

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir və aksiya keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSIM) tərəfindən 14 iyun 2022-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirildi.

Zabit və kursantların iştirakı ilə təşkil olunan tədbirin məqsədi gənc nəsli sağlam həyat tərzi istiqamətində maarifləndirmək, qeyri-infeksion xəstəliklərin əsas risk faktoru olan tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərin təhlükəli fəsadları barədə onlara ətraflı məlumat vermək idi.

Tədbiri giriş sözü ilə FHN-nin Akademiyasının Şəxsiyyətlə iş bölməsinin rəisi Hüseyn Abdinov açaraq, gənc nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin ölkəmizdə daim diqqət mərkəzində saxlanıldığını vurğuladı. H.Abdinov qeyd etdi ki, insan öz sağlamlığının yaradıcısıdır və bu sağlamlıq uğrunda daim mübarizə aparmalıdır: “Bu gün əsas addımlardan biri yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirilməsi olmalıdır”.

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva geniş təqdimatla çıxış edərək, zərərli vərdişlərlə mübarizədə qəbul olunan qanunların və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev tütünçəkmə və narkomaniyanın acı fəsadları barədə iştirakçılara ətraflı məlumat verdi: “26 iyun – narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq müdafiə günüdür. Bu günün qeyd olunmasında məqsəd insanları məlumatlandırmaqdır ki, narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə və zəhərlənməsinə, fiziki gücün itirilməsinə səbəb olur”.

Tədbirdən sonra İSİM tərəfindən kursantlar üçün “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici aksiya təşkil olundu. Aksiya iştirakçılarına bir daha sağlam həyat tərzinin üstünlükləri və zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri barədə məlumat verildi.

Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi, Akademiyanın kursantı Yulət Əsgərovun çəkdiyi rəsm nümayiş olundu, iştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.