Şəkidə “Ginekoloji və pediatrik problemlərə multidissiplinar yanaşma” mövzusunda regional konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

4 İYUN 2022

Şəkidə “Ginekoloji və pediatrik problemlərə multidissiplinar yanaşma” mövzusunda regional konfrans keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 3 iyun 2022-ci ildə “Ginekoloji və pediatrik problemlərə multidissiplinar yanaşma” mövzusunda regional konfrans təşkil olundu. Konfransda Şəki, Zaqatala, Balakən, Qəbələ, Mingəçevir, Ağdaş, Göyçay və İsmayıllıda çalışan həkim mama-qinekoloq, pediatr, neonatoloq və ailə həkimləri iştirak etdilər.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Rahib Məmmədov giriş sözü ilə çıxış edərək bildirdi ki, tədbirin məqsədi mama-ginekoloji xidmətinin keyfiyyətinin artırılması, doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəltməsi və praktiki bacaraqlarını təkmilləşdirməsidir.

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun direktor müavini, neonatoloq Azər Əhmədov, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Mamalıq və ginekologiya şöbəsinin müdiri, professor İslam Maqalov, neonatoloqlar - Lalə Nəzərova, Yalçın Mirzəyev, tibb üzrə fəlsəfə doktoru Samirə Tağıyeva, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun kiçik elmi isçisi, pediatr Aynur İsmayılova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Sənubər Vəliyeva, süni mayalandırma üzrə uzman Kamal Niftiyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitunun Neonatologiya şöbəsinin elmi işçisi, həkim-neonatoloq Lalə Rzayeva çıxış etdilər. İştirakçılara neonatal multisistem inflamator sindrom, PAS (Placenta accreta spektrum) və qeysəriyyə çapığının digər fəsadları, yenidoğulmuşlarda sarılıqlarda izləm, yuvenil qanaxmalar, diafraqma yırtıgı olan yenidoğulmuşlara yanaşma və digər aktual mövzularda ətraflı məlumat verildi, suallar cavablandırıldı.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 6 DTT kredit balı ilə qiymətləndirilmişdi.