31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

31 MAY 2022

31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbir keçirildi

Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə 31 may – Ümumdünya Tütünsüz Günü elan edilib. Dünyanın müxtəlif ölkələrində 1988-ci ildən bəri qeyd olunan bu günlə bağlı müxtəlif maarifləndirmə tədbirləri təşkil olunur, sağlam həyat tərzi istiqamətində geniş təbliğat aparılır.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 31 may 2022-ci ildə Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbir keçirildi. İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, hər il ölkəmizdə bu günlə bağlı bir sıra tədbirlər təşkil olunur: “Təbliğat və maarifləndirmə fəaliyyəti ilə yanaşı, bizim əsas vəzifəmiz innovativ və metodik materiallar yaratmaqdır. Tütünlə mübarizəyə həsr olunmuş iki internet saytı və üç mobil proqram hazırlamışıq – ikisi əhali üçün, digəri isə həkimlər üçün. Məmnuniyyətlə bildirirəm ki, əhalinin istifadəsinə verilən “Tütündən imtina et” mobil tətbiqi çox populyardır – artıq 10 mindən çox insan onu yükləyib”. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərin, paytaxtda və regionlarda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladı: “Səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tütün məmulatlarından istifadənin sağlamlığa zərərlərindən söz açır və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması üçün birgə səy göstərməyi, həmrəy olmağı təbliğ edir”. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev diqqətə çatdırdı ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır və bu hər kəsin həyat və sağlamlığı üçün təhlükəlidir: “Ümumdünya Tütünsüz Gününün builki şüarı belədir: tütün ətraf mühit üçün təhlükədir. Bu təsadüfi deyil, çünki araşdırmalara görə, tütün tüstüsünün tərkibində 7 min zərərli kimyəvi maddə var”.
Səmərəli fikir mübadiləsi şəraitində keçən tədbirdə əhali arasında maarifləndirməyə verdiyi töhfəyə görə İdman TV-yə, “Siqaretə yox!” və “Sport 103” proqramlarının müəllif və aparıcısı Toğrul Səfərova “Təşəkkürnamə” təqdim olundu.

Tədbirdə “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.