İSİM-in nümayəndəsi Qlobal Sülh Sammitində çıxış etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

2 İYUN 2022

İSİM-in nümayəndəsi Qlobal Sülh Sammitində çıxış etdi

Bakıda 29 may - 1 iyun 2022-ci ildə Qlobal Sülh Zənciri təşkilatı tərəfindən təşkil olunan Qlobal Sülh Sammiti keçirildi.

Dünyanın 35-dən çox ölkəsindən Bakıya toplanmış gənclər dünyadakı olan qlobal problemləri, müharibədən sonra yaranan sülh imkanları və şəxsi sülh təşəbbüsləri barədə fikirlərini bildirdilər, panel diskussiyalarda iştirak etdilər.

Qlobal Sülh Zənciri (Global peace chain) – dünyanın tanınmış qeyri-hökumət təşkilatlarından biridir və məqsədi gənclər, diplomatlar, səfirlər, nüfuzlu icma qrupları, icma əsaslı təşkilatlar vasitəsilə dünyada tolerantlıq, inklüzivlik və sosial sülhün qurulması mədəniyyətini inkişaf etdirməkdir. Bundan əvvəl sammitə İstanbul, Dubay kimi şəhərlər ev sahibliyi edib.

Açılış mərasimində təsisçilərdən sonra Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndəsi Aysel Məmmədzadə geniş təqdimatla çıxış edərək bildirdi ki, sülh yalnız müharibələrin olmaması deyil, cəmiyyətdə, ətraf mühit və dünyada harmoniya vəziyyətinin olmasıdır: “Bu il 31 may – Ümumdünya Tütünsüz Gününün şüarı tütün ətraf mühit üçün təhlükədir. Tütünçəkmə zərərli vərdiş olmaqla yanaşı, ətraf mühitə, təbiətə ziyan vurur, harmoniyanı pozur”. O, Səhiyyə Nazirliyi və İSİM tərəfindən görülən işlər, əhali arasında keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı danışaraq, tütündən imtina üzrə qaynar xəttin fəaliyyəti, eləcə də bu istiqamətdə hazırlanaraq əhalinin ixtiyarına verilən mobil tətbiqlər haqqında məlumatı qonaqların nəzərinə çatdırdı.

Aysel Mammədzadənin sülh konsepsiyası, eləcə də təqdimatı, səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən ölkəmizdə həyata keçirilən maarifləndirici tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılandı.