Masallı rayonunda yeniyetmə və gənclər üçün maarifləndirici tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

XƏBƏRLƏR bütün xəbərlər

1 OKTYABR 2021

Masallı rayonunda yeniyetmə və gənclər üçün maarifləndirici tədbir keçirildi

Səhiyyə Nazirliyi ilə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 30 sentyabr  2021-ci il tarixdə Masallı rayonunda reproduktiv sağlamlığın qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbir oldu. Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzi  və Masallı Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə keçirildi. Masallı rayonu  Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə yeniyetmə və gənclər iştirak etdilər.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək iştirakçılara reproduktiv sağlamlıq, ailə planlaşdırılması mövzusunda ətraflı məlumat verdi,  zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərini izah etdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli çıxış edərək erkən nikahların fəsadlarından söz açdı, gənc nəsli sağlamlığını qorumağa çağırdı.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.