• Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

31 MAY 2021

31 may – Ümumdünya Tütünsüz Günüdür

Hər il 31 may tarixində qeyd olunan Ümumdünya Tütünsüz Günü 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə elan edilib. Bu gün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədilə qeyd olunur. 

Ümumdünya Tütünsüz Günü hər il Azərbaycanda müxtəlif tədbirlərlə qeyd edilir, tütünçəkmənin zərərli təsirləri barədə geniş maarifləndirmə kampaniyaları aparılır. Vurğulanır ki, tütün dünyada böyüklər arasında on nəfərdən birinin ölümünə səbəb olur və səkkiz aparıcı ölüm səbəbinin altısı üçün risk amilidir. Hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir, onlardan 1 milyonu ətrafa yayılan ikincili tüstü ilə nəfəs alan tütünçəkməyən insandır.

ÜST bu il Ümumdünya Tütünsüz Gününün mövzusunu “Tütündən imtina etmək vaxtıdır” adlandırıb. Təsadüfi deyil ki, COVID-19 pandemiyasının başlaması ilə milyonlarla tütün istifadəçisi tütün asılılığını aradan qaldırmaq istədiklərini bildiriblər. Effektiv tütündən imtina strategiyalarının fəal şəkildə təbliğ edilməsi, tütün  tüstüsünün təhlükələri barədə əhalinin məlumatlandırılması insanların tütündən imtina etməsi üçün daha sağlam mühitin yaradılmasına kömək edəcək.

Bu gün Azərbaycan Respublikasında tütün məsələlərinə dair məlumatlandırma yüksək səviyyədə aparılır. Aparılmış sorğular, o cümlədən beynəlxalq tədqiqatlar da göstərir ki, təşkil olunmuş məqsədyönlü maarifləndirmə və təbliğat kampaniyaları ölkə əhalisinin tütün məhsullarının və tütünçəkmə vərdişinin, eləcə də ətrafa yayılan tütün tüstüsünün zərərləri barədə məlumatlılıq səviyyəsini xeyli artırıb, tütünçəkən insanların isə bu təhlükəli vərdişdən imtina etmək istəyi yüksəlib.

Ölkəmizdə tütündən imtina etmək istəyənlərə dəstək olmaq məqsədilə 1 fevral 2021-ci il tarixdən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyətə başlayıb. Tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər “Qaynar xətt”ə zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər ala bilərlər. Bu günədək ölkəmizin demək olar ki, bütün bölgələrindən yüzlərlə vətəndaş bu xidmətdən faydalanıb. Tütündən imtina üzrə “Qaynar xətt”in nömrəsini bir daha xatırladırıq: (+994 050) 800 70 45. Qeyd edək ki, bu nömrəyə müraciət edənlərin anonimliyi qorunur, onlara dair şəxsi məlumatlar heç bir halda paylaşılmır. Hər bir müraciətə fərdi yanaşılır, sualları cavablandırılır və tütündən imtina etmək istəyən hər kəsə lazımi psixoloji-tibbi tövsiyə verilir.

Eyni zamanda onu da xatırladaq ki, ÜST-nin ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2018-ci ildə əhalinin istifadəsi üçün “Tütündən imtina et” mobil aplikasiyası hazırlanaraq istifadəyə verilib. Mobil əlavəni işə salan zaman gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram da öz növbəsində tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir. Burada nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur.

Bu istiqamətdə faydalı resurslarla və yeni məlumatlarla  www.isim.az saytı və www.tobaccocontrol.az internet səhifəsi vasitəsilə daha ətraflı tanış olmaq mümkündür.