• Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

15 MART 2021

“Pediatriyada yeniliklər -2021” adlı beynəlxalq konfrans keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Türkiyənin Ankara Universiteti və Elmi Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) birgə əməkdaşlığı və “Uptodate in Medicine”nın texniki və təşkilatı dəstəyi ilə təşkil olunmuş  “Pediatriyada yeniliklər -2021” beynəlxalq konfrans keçirildi. 11-13 mart 2021-ci il tarixdə keçirilən konfransın ilk günündə Ankara Universitetinin  rektoru, professor Necdet Ünüvar,  Ankara Universitetinin professoru  Ömer Erdeve və ETPİ-nin direktoru, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev açılış nitqləri ilə çıxış etdilər.

Ənənəvi olaraq hər il Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin  aparıcı mütəxəssislərinin  iştirakı ilə  keçirilən konfransda pediatriyanın aktual problemləri ilə bağlı səmərəli fikir mübadiləsi aparılır, bilik və məlumatlar paylaşılır. Canlı vebinar formatında keçirilən bu beynəlxalq tədbirin təşkilində məqsəd – uşaq sağlamlığının qorunması istiqamətində pediatr, neonatoloq, uşaq nevroloqlarının, o cümlədən digər ixtisaslı tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, tibb işçilərinin müasir yanaşma və təcrübə ilə tanış edilməsidir.

Konfransda edilən bütün təqdimatların video yazısı ilə distant təhsil portalı olan www.ecourses.az portalında tanış olmaq mümkündür.  

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 16 DTT kredit balı ilə qiymətləndirilib.