• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

XƏBƏRLƏR bütün xəbərlər

22 MAY 2020

Şagirdlərlə maarifləndirici onlayn görüş keçirildi

Bakı şəhəri, Nəsimi rayonu 247 nömrəli məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə 22 may 2020-ci il tarixdə sağlam həyat tərzinin təbliği mövzusunda onlayn görüş keçirildi. Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə keçirilən görüşün əsas məqsədi gənclərnarkomaniya, alkoqolizm, tütünçəkmə və digər neqativ halların mənfi təsirləri barədə məlumatlandırmaq idi.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova çıxış edərək, tütünçəkmə, narkotik maddələrdən istifadə kimi zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirləri, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadları nəzərə çatdırdı.

İştirakçılarla interaktiv şəraitdə keçən görüşdə onların sualları cavablandırıldı, sağlam həyat tərzi ilə bağlı faydalı tövsiyələr verildi.