• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

XƏBƏRLƏR bütün xəbərlər

2 MAY 2020

COVID-19 pandemiyası ilə mübarizədə ən təsirli vasitə - birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıqdır

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) bildirir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə vətəndaş həmrəyliyi, müxtəlif qurum və təşkilatlar tərəfindən nümayiş etdirilən birlik və əməkdaşlıq mühüm rol oynayır. Bu mübarizədə öndə olmaqla böyük fədakarlıq nümunəsi göstərən səhiyyə işçilərini, tibb mütəxəssislərini dəstəkləməyin özü də böyük diqqət və qayğı deməkdir.

Xüsusi karantin rejimi günlərində vəzifələrini yerinə yetirən 200 nəfər səhiyyə əməkdaşları və tibb işçilərinə aprel ayı ərzində təmənnasız xidmət göstərən “Bolt” nəqliyyat şirkətinin göstərdiyi dəstəyin mənəvi dəyəri olduqca yüksəkdir. Eyni zamanda, “Bakı Kimya” MMC tərəfindən səhiyyə və tibb müəssisələrində istifadə üçün 1000 litr 96%-li etil spirtinin hədiyyə edilməsi də birlik və həmrəyliyin gözəl nümunəsidir. Əhalini COVID-19 xəstəliyi barədə daha ətraflı məlumatlandırmaq məqsədilə İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar “Bravo”  supermarketlər şəbəkəsi ilə əməkdaşlıq sayəsində vətəndaşlarımıza paylanıldı, marketin divarlarına vacib tövsiyələrin əks olunduğu vərəqələlər yerləşdirildi.

Bütün bu addımları alqışlayaraq bildiririk ki,  bütün dünyada olduğu kimi, ölkəmizdə də əhalinin sağlamlığını təhdid edən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yalnız milli birlik və həmrəylik nümayiş etdirməsayəsində səmərəli mübarizə aparıla bilər. Bu gün hər birimizin fəaliyyəti həm sıravi vətəndaşlarımızın, həm də səhiyyə işçilərimizin təhlükəsizliyinin qorunmasına xidmət etməlidir.