• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

13 MART 2020

İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Uşaqlıq dövründə inkişaf dinamikasına nəzarət” mövzusunda təlim keçirildi

Uşaqların sağlamlığına təsir edən neqativ amillər, xüsusilə də fiziki aktivliyin azlığı və oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, zərərli vərdişlər ciddi bir ictimai sağlamlıq problemidir. Həmin neqativ təsirlərin öyrənilməsi və uşaqların sağlamlığına dinamik nəzarətin təmin edilməsinə 2007-ci ildən etibarən Avropa ölkələrində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi və dəstəyi ilə keçirilən “Uşaqlıq dövründə inkişaf dinamikasına nəzarət” təşəbbüsü xüsusi töhfə vermişdir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi 2019-cu ildə Norvecin Bergen şəhərində keçirilən toplantıda bu təşəbbüsə qoşularaq “Uşaqlıq dövründə inkişaf dinamikasına nəzarət” tədqiqatının ölkəmizdə ilk dəfə keçirilməsi üçün müvafiq hazırlıqlara başladı. Bu tədqiqatın 2020-ci ildə keçirilməsi məqsədilə 10-13 mart 2020-ci il tarixdə ÜST-nin Avropa üzrə Regional Ofisi tərəfindən təhkim olunmuş mütəxəssislər heyəti Bakıda səfərdə oldu. Səfər çərçivəsində tədqiqatın aparılması üzrə müvafiq hazırlıqlar müzakirə edildi, habelə 30 yerli mütəxəssis üçün ikigünlük təlim keçirildi. Təlim kursunda tədqiqatın keçirilməsində yaxından əməkdaşlıq edəcək İSİM-in və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nümayəndələri iştirak etdilər.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov giriş sözü ilə çıxış edərək bildirdi ki, təlimin təşkilində əsas məqsəd Azərbaycanda uşaqların sağlam inkişafı istiqamətində həyata keçirilən müvafik tədbirlərin davamlı təkmilləşdirilməsi üçün mövcud vəziyyətin öyrənilməsi, uşaqların sağlamlığına təsir edən neqativ amillərin müəyyən edilməsi və onların aradan qaldırılması üçün hədəfli proqramların hazırlanmasıdır. İki ildə bir dəfə keçiriləcək bu tədqiqat çərçivəsində uşaqların ana südü ilə qidalanması, onlar arasında zərərli vərdişlərin yayılması, fiziki aktivlik və oturaq həyat tərzi, sağlam qidalanma, asudə vaxtının təşkili, idmanla məşğul olma və digər mühüm məsələlər araşdırılacaq və dinamika təhlil ediləcək. N. Seyidov xatırlatdı ki, ilk tədqiqata bütün ölkə ərazisini əhatə etməklə 7 yaşlı 3 mindən çox məktəbli, 3 mindən çox valideyn və 150-dən çox məktəb cəlb olunacaq. ÜST-nin Avropa üzrə Regional Ofisinin nümayəndəsi Culiyan Vilyams (Julianne Williams) uşaqların sağlam inkişaf dinamikasına nəzarət təşəbbüsünün yaranmasının zəruriliyindən söz açaraq qeyd etdi ki, uşaqlar arasında sağlam həyat tərzinin aşılanması ilə qeyri-sağlam vərdişlərdən irəli gələn xəstəliklərin qarşısını almaq olar. Onun sözlərinə görə, hazırda təşəbbüs 40-dan çox region ölkəsini əhatə edir. Qazaxıstan Respublikasının İctimai Səhiyyə İnstitutunun mütəxəssisi və tədqiqatın Qazaxstan Respublikası üzrə rəhbəri Şınar Abdrəhmanova həyata keçiriləcək araşdırma ilə bağlı logistik məsələləri ətraflı izah etdi.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Statistika, monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayevanın çıxışlarında bir daha vurğulandı ki, Azərbaycanda uşaqların sağlamlığına xüsusi diqqət və qayğı göstərilir, bu baxımdan müasir dövrdə onların sağlam inkişafına təsir edən təhdidlərin araşdırılaraq təhlil olunması mühüm əhəmiyyət daşıyır.

Şəkillərlə burada tanış olmaq olar.