• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

19 FEVRAL 2020

Bakı və Sumqayıt şəhəri üzrə internat məktəblərində maarifləndirici tədbirlər keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqla 4-19 fevral 2020-ci il tarixdə Bakı şəhəri üzrə 1, 2, 3, 4, 6, 8, 9, 10, 11, 12 saylı internat məktəbləri və Sumqayıt şəhərində inteqrasiya təlimli internat tipli gimnaziyalarda sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbirlər keçirdi.

Tədbirləri giriş sözü ilə açan İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva şagirdləri  sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırdı. O bildirdi ki, hər kəs ictimai səhiyyə mütəxəssisləri tərəfindən səsləndirilən tövsiyələrə riayət edərək sağlamlığını qoruya və  gələcəkdə  infarkt, insult, şəkərli diabet, yüksək qan təzyiqi, xərçəng kimi xəstəliklərə tutulma ehtimallarının qarşısını ala bilər. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova, Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin meneceri Günay Quluzadə təqdimatlarla çıxış edərək, tütünçəkmə, narkotik maddələrdən istifadə kimi zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirləri, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadları iştirakçıların nəzərinə çatdırdılar. İSİM-in mütəxəssisləri – Tacirə Mahmudova, Elnarə Nuriyeva, Ləman Vəliyeva iştrakçıları erkən yaşlardan başlayaraq, orqanizmin sağlamlığının qeydinə qalmağa, gün ərzində fiziki aktiv olmağa, yol təhlükəsizliyi qaydalarına riayət etməyə çağırdılar. İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdir müavini Şamil Kalyayev və  Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova ayrılıqda oğlanlar və qızlar üçün maarifləndici mühazirə oxuyaraq, onlara reproduktiv sağlamlığı qorumaqla gələcəkdə sağlam ailəyə sahib olma imkanlarını, düzgün gigiyena qaydalarını izah etdilər.

Tədbirlər sağlamlıq imkanları məhdud olan uşaqlar arasında da keçirildi. Belə ki, eşitmə qabiliyyəti olmayan uşaqlara işarə dili tərcüməçisi vasitəsiylə, gözdən əlil və zəif görən uşaqlar üçün isə əl ilə hiss edilə bilən şəkillər üzərindən təlimlər aparıldı.

Tədbirlərin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.

Şəkillərlə burada tanış olmaq olar.