• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

13 DEKABR 2019

“Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası” mövzusunda dəyirmi masa keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 12 dekabr 2019-cu il tarixdə Qazaxıstan Respublikasının nümayəndələrinin iştrakı ilə “Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası” mövzusunda dəyirmi masa keçirildi. Səhiyyə Nazirliyinin, Klinik Tibbi Mərkəzin, Respublika Müalicə və Diaqnostika Mərkəzinin, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası və Tədris Cərrahiyyə Klinikası və digər tibb müəssisələrinin nümayəndələri dəyirmi masada iştrak edirdilər. Tədbirin təşkilində əsas məqsəd Azərbaycan Respublikasında akkreditasiya meyarlarına keçidlə bağlı mövcud vəziyyəti və atılan addımları müzakirə etmək, Qazaxıstan Respublikasında bu istiqamətdə aparılan işləri və əldə edilən təcrübələri öyrənmək idi.

Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası, satandartları və tətbiqi ilə bağlı iştrakçılara geniş məlumat verərək qeyd etdi ki, akkreditasiyaya keçid səhiyyə xidmətlərinin qiymətləndirilməsinə imkan verir: “Tibb müəssisələrinin müəyyən edilmiş standartlara və ya meyarlara uyğun olması əhaliyyə keyfiyyətli tibbi xidmətin göstərilməsinə şərait yaradır”. Qazaxıstan Respublikasının Səhiyyədə Keyfiyyət Akkreditasiya Mərkəzinin sədri Botagoz Kaupbayeva və Akkreditasiyanın təkmilləşdirilməsi şöbəsinin müdiri Daniyar Ospanov ölkələrində akkreditasiya konsepsiyası, metodologiyası və faydaları haqqında geniş təqdimatla çıxış etdilər. Respublika Diaqnostika Mərkəzinin Keyfiyyət şöbəsinin müdiri Zərifə Kamilova bu mərkəzdə beynəlxalq JCI standartlarının tətbiqi barədə danışaraq təcrübəsini bölüşdü. O, görülən işin nəticələrini geniş təqdimatla iştirakçıların nəzərinə çatdıraraq qeyd etdi ki, RDM Azərbaycan Respublikasında JCI standartlarına sahib olan və bu ilin may ayında təkrar sertifikasiyadan uğurla keçən yeganə tibb mərkəzidir.

Yekunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Qazaxıstan Respublikasının Səhiyyədə Keyfiyyət Akkreditasiya Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı.

Şəkillərlə burada tanış olmaq olar.