“Səhiyyədə elektron formaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

6 DEKABR 2019

“Səhiyyədə elektron formaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi

6 dekabr  2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Qazaxıstandan gələn ekspertin iştirakı ilə “Səhiyyədə elektron formaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi. Seminarda Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi, Səhiyyənin  İnformasiyalaşdırılması Mərkəzi (SİM), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanası və İSİM-in mütəxəssisləri iştirak etdilər.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, Azərbaycanda səhiyyənin elektronlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi, səhiyyə sistemində idarəetmə və islahatlarla bağlı beynəlxalq təcrübənin öyrənilməsinin aktual məsələ olduğunu vurğuladı. SİM-in direktoru Cəbrayıl Əsədzadə səhiyyədə formaların elektronlaşdırılmasının yeni bir sahə olduğunu və bu istiqamətdə təcrübələrin paylaşılmasının böyük əhəmiyyət daşıdığını bildirdi.Qazaxıstan Respublikasının Səhiyyə İnkişafı Mərkəzinin direktor müavini Janiya Nurqaliyeva elektron səhiyyənin inkişafı konsepsiyası, elektron sağlamlıq pasportu modelinin yaradılması, elektron sağlamlıq pasportunun əsas funksiyaları, funksional elektron sağlamlıq pasportu və standartlaşdırılmanın digər mərhələləri barədə ətraflı məlumat verdi.

Seminarın sonunda iştrakçıların sualları cavablandırıldı və qonağa xatirə hədiyyələri təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.