“Uşaqlarda boy problemləri” mövzusu üzrə seminarlar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

20 NOYABR 2019

“Uşaqlarda boy problemləri” mövzusu üzrə seminarlar keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı “Uşaqlarda boy problemləri” mövzusu üzrə seminarlar keçirildi. Seminarlarda Şəki, Qax, Qəbələ, Quba, Oğuz, Zaqatala, Balakən, Lerik, Astara, Masallı, Cəlilabad, Yardımlı, Sabirabad, Biləsuvar, Lənkəran, Salyan rayonlarında fəaliyyət göstərən mərkəzi xəstəxana və uşaq poliklinikalarının həkim-endokrinoloq, terapevt və pediatrları iştrak etdilər. Seminarların təşkilində əsas məqsəd – boy qısalığı olan uşaqların erkən aşkarlanması və sübutlara əsaslanan tibbi müalicənin aparılması ilə fiziki inkişafdan geri qalmanın və əlilliyin qarşısının alınması idi.

Təlimlər pediatr-endokrinoloqlar – Gündüz Ağayev, İlsur Novruzov, Azad Əkbərzadə və Nabat Ağayeva tərəfindən aparıldı. Çıxışlarda vurğulandı ki, uşaqlarda yaranan boy qısalığı problemləri ciddi məsələdir, həkimlər və valideynlər məsuliyyətli olmalı, gənc nəslin sağlam inkişafına həssaslıqla yanaşmalıdırlar. Boy çatışmazlığının səbəbləri, potogenezi  və təsnifatı,  müasir müalicə metodlarının  tətbiqi ilə uşaqlarda boy probleminin yaranmasının qarşısını almağın mümkünlüyü, həmçinin boy hormonu çatışmazlığına dair klinik hallar barədə iştirakçılara ətraflı məlumat verildi.

Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş seminarın yekununda iştrakçıların sualları cavablandırıldı və həkimlərə sertifikatlar (4 kredit balı) təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.