14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

13 NOYABR 2019

14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi

12 noyabr 2019-cu il tarixdə Səhiyyə  Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinologiya Mərkəzi (REM) və Azərbaycan Diabet Liqasının (ADL) birgə əməkdaşlığı ilə Ümumdünya Diabet Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

“Ailə və diabet” şüarı ilə keçirilən konfransı giriş sözü ilə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə açdı.  O bildirdi ki, hər il müxtəlif şüarlarla qeyd olunan Ümumdünya Diabet Gününün keçirilməsində əsas məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır. Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek Qənnadi ölkəmizdə şəkərli diabet xəstəliyinin profilaktikası, həmçinin bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsi və reabilitasiyası istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi. Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu Yeganə Sultanova diabetin erkən aşkarlanması və skrininqi, terapevtik təlimlərin əhəmiyyəti barədə danışaraq bir daha vurğuladı ki, şəkərli diabetin yaratdığı ağır fəsadlar və xəstəliyin sürətlə  artan miqyası hazırda tibb işçilərini narahat edən ən böyük problemlərdən biridir.

Xanım Səlimxanova, Arzu Əliyeva, Səriyyə Ağayeva, Samirə Xəlilova və digər mütəxəssislər çıxış edərək, fiziki aktivliyin bir çox xəstəliklərin, o cümlədən şəkərli diabetin qarşısının alınmasında vacib rol oynadığını, şəkərli diabet xəstələrinin müalicəsində doğmalarının diqqət və qayğısının böyük əhəmiyyət daşıdığını nəzərə çatdırdılar.

Konfransın sonunda iştrakçıları maraqlandıran suallar cavablandırıldı və sertifikatlar təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.