İSİM-in nümayəndəsi Almatı şəhərində hepatit virusu mövzusuna həsr olunmuş işçi qrup iclasında iştrak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

4 OKTYABR 2019

İSİM-in nümayəndəsi Almatı şəhərində hepatit virusu mövzusuna həsr olunmuş işçi qrup iclasında iştrak etdi

1-2 oktyabr 2019-cu il tarixdə Qazaxıstan Respublikasının Almatı şəhərində “Orta Asiya və Cənubi Qafqaz ölkələrində hepatit viruslarının eliminasiyası və ilkin tibbi-sanitar yardımın rolu” mövuzunda regional işçi qrupun iclası keçirildi.

Ümumdünya Səhiyyə Təkilatının (ÜST) Avropa üzrə Regional Ofisi və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən iclasın əsas məqsədi hepatit virusunun dünya ölkələri üzrə qlobal yükünü azaltmaq, hepatit viruslu xəstələrin göstərilən xidmətə əlçatanlığını asanlaşdırmaq üçün yolları müzakirə etmək, milli səviyyədə hepatit B və C viruslarının monitorinqini və qiymətləndirilməsini həyata keçirmək idi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva iclasda iştirak etdi.

İki gün davam edən iclasda mütəxəssislər hepatit xəstəliyinin qarşısının alınması istiqamətində cavab tədbirlərinin görülməsini, qəbul olunan proqramların həyata keçirilməsi ilə bağlı ölkələrdə mövcud inkişafın izlənilməsi işini, xəstələrə göstərilən tibbi xidmətlərin yeni modellərini geniş müzakirə etdilər. Qrup iclasında Azərbaycan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan ölkələrinin milli planlarının panel müzakirələri də həyata keçirildi. Narkotik aludəçiləri və həbsxanalarda olan viruslu hepatit xəstələrinin müalicə işinin aparılması işi diqqətə çatdırıldı.

İclasın yekun günündə ölkə iştarkçıları 7 qrupa bölündülər və hepatit B və C xəstəliyi üzrə cavab tədbirlərinin koordinasiyasını, yol xəritəsinin təşkili ilə bağlı tapşırıqları yerinə yetirdilər və sonda nəticələrin hesabatını apardılar.

Şəkillərlə burada tanış olmaq olar.