• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

XƏBƏRLƏR bütün xəbərlər

1 OKTYABR 2019

İSİM-in nümayəndəsi Praqada keçirilən beynəlxalq müşavirədə iştirak etdi

Çex Respublikasının paytaxtı Praqa şəhərində 30 sentyabr-1oktyabr 2019-cu il tarixdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Alkoqol istifadəsinin azaldılması üzrə Qlobal Strategiyasının və Alkoqol istifadəsinin azaldılması üzrə ÜST-nin Avropa Fəaliyyət Planının (2012–2020) həyata keçirilməsi ilə bağlı regional müşavirəsi keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə müşavirədə iştrak etdi.

Müşavirənin keçirilməsində əsas məqsəd – alkoqolun zərərli istifadəsinin azaldılması üzrə ÜST-nin Qlobal Strategiyası təsdiq olunduqdan sonra ötən on il ərzində qazandığı uğurlara, həmçinin strategiyanın həyata keçirilməsində yaranan problem və çətinliklərə ümumi nəzər salmaq, eyni zamanda yeni tədbirlər və tövsiyələr hazırlamaqla ölkələr səviyyəsində alkoqol istifadəsinin azaldılmasına nail olmaq idi.

Çexiya Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən müşavirədə Azərbaycan, İtaliya, Avstriya, Rumıniya, Xorvatiya, Estoniya, Norveç, Özbəkistan, Belorus – bir sözlə, ÜST-ə üzv olan 35 ölkənin nümayəndələri iştrak etdilər. Müşavirədə alkoqolun zərərli istifadəsinin azaldılması üzrə Qlobal Strategiya sisteminə uyğun olaraq, alkoqolun istehlakı və sağlamlığa təsiri ilə bağlı monitorinqin nəticələrinə nəzər salındı, ÜST-nin alkoqolun zərərli təsirini azaltmaq üçün Avropa Fəaliyyət Planının (2012-2020) həyata keçirilməsinin effektliyini artırmaq məqsədilə yol xəritəsinin ilk layihəsi ətrafında müzakirələr aparıldı.

Ölkələr üzrə mövcud vəziyyəti müzakirə edən nümayəndələr alkoqolun zərərli istifadəsininin azaldılması üçün daha geniş miqyasda tədbirlərin həyata keçirilməli olduğunu və birgə çalışmağın vacibliyini vurğuladılar. Nümayəndələr ölkələrində bu istiqamətdə görülən işləri və  əldə edilən təcrübələri digər iştirakçıların diqqətinə çatdırdı.

Müşavirənin son günü ölkələrin nümayəndələri arasında qrup müzakirələri  aparıldı və gələcək planlarla bağlı fikirlər dinlənildi.

Şəkillərlə burada tanış olmaq olar.