İSİM-in könüllülərinə sertifikatlar təqdim olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 SENTYABR 2019

İSİM-in könüllülərinə sertifikatlar təqdim olundu

19 sentyabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) könüllülərlə görüş keçirildi. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edərək, könüllülərin İSİM-də fəaliyyəti müddətində göstərdikləri  həvəsi və təşəbbüsü yüksək qiymətləndirdi. O bildirdi ki, üç ay ərzində gənclər ictimai səhiyyə istiqamətində həyata keçirilən layihələrdə yaxından iştrak etdilər: “Könüllülər 31 may 2019-cu il tarixdə qeyd edilən Ümumdünya Tütünsüz Gününə həsr olunmuş “Tütün çəkmə, şəkil çək!” şüarı ilə keçirilən maarifləndirici  aksiyada, “Sağlamlığı təşviq edən məktəblər” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə, Sağlam Qida Könüllülərinin I Respublika Forumunda və digər tədbirlərdə fəaliyyətləri ilə seçildilər. Onlar xəstəliklərin profilaktikası və əhalinin  sağlamlığının qorunması istiqamətində ölkəmizdə görülən işlərə töhfə verdilər, həm də gələcək fəaliyyətləri üçün dəyərli biliklər, yeni bacarıqlar qazandılar.

Könüllüləri təbrik edən Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə “İSİM könüllüsü ol!” təcrübə proqramına qoşulan hər bir gəncə ictimai səhiyyə sahəsində göstərdikləri köməyə görə təşəkkürünü bildirdi və gələcəkdə daha çox gəncin səhiyyə könüllüləri sıralarına qoşulacağına inandığını vurğuladı.

Sonda gənclərə sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.

Şəkillərlə burada tanış olmaq olar.