Cenevrədə “Bioloji silah konvensiyası” üzrə mütəxəssislərin görüşü keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

7 AVQUST 2019

Cenevrədə “Bioloji silah konvensiyası” üzrə mütəxəssislərin görüşü keçirildi

28-31 iyul və 4-7 avqust 2019-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki Ofisində “Bioloji silah konvensiyası” üzrə mütəxəssislərin görüşü keçirildi.

6-7 avqust 2019-cu il tarixdə keçirilən sessiyalarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Nabil Seyidov da iştirak etdi.

Britaniya Tibb Jurnalının (BMJ) nümayəndələrinin  iştirakı ilə keçən sessiyalarda “Konvensiya ilə əlaqəli elm və texnologiya sahəsində inkişafın icmalı”, “Konvensiyanın milli müstəvidə icrasının gücləndirilməsi”, “Konvensiyanın institusional gücləndirilməsi”, “Konvensiyanın X maddəsi çərçivəsində əməkdaşlıq və yardımın gücləndirilməsi” və s. mövzularda müzakirələr aparıldı və iştirakçıların rəyləri dinlənildi.

Qeyd edək ki, “Bioloji silahlar haqqında” Konvensiya və ya “Bioloji və toksin silahlar haqqında” Konvensiya kimi tanınan “Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiya 1972-ci ildə imzalanmış və 1975-ci ildə qüvvəyə minmişdir. Hər növ kütləvi qırğın silahlarının qadağan və məhv edilməsindən ibarət olan ümumi və tam tərksilah yolunda səmərəli irəliləyişə nail olmaq məqsədi daşıyan Konvensiya öz növbəsində ilk beynəlxalq tərksilah müqaviləsi oldu. Azərbaycan Respublikası 2003-cü ildən Konvensiyanın üzvüdür.

Şəkillərlə burada tanış olmaq olar.