İSİM-in nümayəndəsi Moskva şəhərində keçirilən “Onkoloji yardımın təşkili və maliyyələşdirilməsi. Ən yaxşı dünya təcrübələri” mövzusunda dəyirmi masada iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 İYUN 2019

İSİM-in nümayəndəsi Moskva şəhərində keçirilən “Onkoloji yardımın təşkili və maliyyələşdirilməsi. Ən yaxşı dünya təcrübələri” mövzusunda dəyirmi masada iştirak etdi

27 iyun 2019-cu il tarixdə Moskva şəhərində “Onkoloji yardımın təşkili və maliyyələşdirilməsi. Ən yaxşı dünya təcrübələri” mövzusunda dəyirmi masa təşkil olundu.

Ümumdünya Səhiyyə Təşkilatının, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin nümayəndələri, elmi-ekspert cəmiyyəti və əczaçılıq şirkətlərinin təmsilçiləri, o cümlədən MDB ölkələrinin ictimai səhiyyə sahəsində çalışan mütəxəssisləri dəyirmi masada iştirak edirdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Nabil Seyidov da iştirakçılar arasında idi.

Tədbirdə onkoloji xəstəliklərin erkən diaqnozu və müayinəsi, onkologiya sahəsində çalışan həkim və tibb bacılarının hazırlığının artırılması, dövlət-özəl tibb müəssisələrinin əməkdaşlığı üzrə xarici təcrübənin nəzərdən keçirilməsi, onkoloji xəstələrin müalicəsində özəl tibb müəssisələrinin rolu və bu sahədə mütəmadi aparılan elmi-tədqiqat işləri barədə çıxışlar dinlənildi, fikir mübadiləsi aparıldı.

Yekunda yerli, regional və beynəlxalq təcübələri paylaşmaq məqsədilə P4H sessiyası çərçivəsində panel müzakirələri oldu və hesabatlar təqdim edildi.