Mingəçevirdə Qan Donorlarının III Regional Forumu keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

13 İYUN 2019

Mingəçevirdə Qan Donorlarının III Regional Forumu keçirildi

13 iyun 2019-cu il tarixdə Mingəçevir şəhərində 14 iyun Ümumdünya Qan Donoru Gününə həsr olunmuş Qan Donorlarının III Regional Forumu keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, "Qan Donorları Assosiasiyası" İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi donorluğun təşviq olunmasıdır.

Forumu giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov Qan Donorlarının III Regional Forumunun məhz Mingəçevir şəhərində keçirildiyi üçün tədbir təşkilatçılarına öz minnətdarlığını bildirdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə qan donorluğu ilə bağlı məlumatlandırmanın vacibliyini vurğuladı: “Bu gün bizim əsas məqsədimiz Azərbaycanda qan donorluğunu inkişaf etdirməkdir. Ölkəmizdə qan donorluğunun inkişafına öz töhfəsini verən ilk milli forumu 2014-cü il iyunun 14-də Bakıda keçirdik. Azərbaycanda Gənc Qan Donorlarının İlk Regional Forumu 2015-ci il fevralın 10-da Gəncədə, növbəti regional forum isə Lənkəranda keçirildi. Bu gün biz Mingəçevir şəhərində təşkil olunan III Regional Forumda iştirak edirik. Sevindirici haldır ki, dövlət və qeyri-dövlət qurumları birgə əməkdaşlıq edərək, ölkəmizdə qan donorluğunun inkişafına dəstək verirlər”. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva 14 iyun Ümumdünya Qan Donoru Gününün tarixi barədə iştirakçıları məlumatlandırdı: “Bütün dünyada 2005-ci ildən başlayaraq hər il qeyd olunan və bu il “Hər kəs üçün təhlükəsiz qan” şüarı ilə keçirilən günün əsas məqsədi qan verən insanlara edəcəyi xeyirxahlığa görə minnətdarlığın bildirilməsi, könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyətin vurğulanmasıdır”. O həmçinin qeyd etdi ki, donorlardan qan analizinin alınması, onların müayinəsi və donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda “Vahid Qan Bankı” sistemi yaradılıb və hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur. Mərkəzi Qan Bankının Mingəçevir Qan bölməsinin müdiri Vüsalə Səfərəliyeva,  Səhiyyə Nazirliyinin Talassemiya Mərkəzinin Konsultativ poliklinika şöbəsinin həkim-hematoloqu Zaur Məmmədbəyov, mütəmadi qan donoru Mətanət Muxtarova çıxış edərək, donorluğun insan sağlamlığı üçün əhəmiyyəti barədə danışdılar. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə qan donorluğunun inkişafı istiqamətində İSİM tərəfindən görülən işlərdən söz açaraq xüsusilə sağlam, amma heç zaman qan donoru olmayan gənclərin mütəmadi qan donorluğuna cəlb edilməsinin və bu sahədə könüllülüyün artırılmasının vacibliyini vurğuladı. Azərbaycan Talassemiya Federasiyasının nümayəndəsi Fuad Rəsul bildirdi ki, hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və bu da donor qanına tələbatı artırır. "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov XIX Beynəlxalq Gənclər Forumunun Bakı-2019 layihəsi barədə ətraflı məlumat verərək qeyd etdi ki, bu ilin avqustunda keçiriləcək Forumda 52 ölkənin nümayəndələri təmsil olunacaqlar.

Şəkillərlə burada tanış olmaq olar.