• İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

4 İYUN 2019

İSİM təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması, gənc nəslin sağlam böyüməsi və inkişafı istiqamətində təhsil müəssisələrində təşkil edilən maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti silsilə tədbirlər 2 nömrəli Texniki Humanitar Liseyində və 5, 159, 164, 162 , 8, 279 nomrəli tam orta məktəblərdə baş tutdu.

Məktəb rəhbərliyi və 7,8,9-cu sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşlərdə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Ülkər Camalova, Monitorinq və təhlil şöbəsinin əməkdaşı Tacirə Mahmudova sağlam həyat tərzinin təbliği məqsədilə “Narkomaniyaya yox deyək!” və “Kobud və etik davranış qaydaları” mövzularında çıxış etdilər.

Ü. Camalova sağlam həyat tərzi keçirməyin vacibliyini vurğulayaraq gəncləri tütün, alkoqol, narkotik maddələr və digər zərərli vərdişlərdən uzaq olmağa və daha çox aktiv həyat tərzi keçirməyə səslədi.

T. Mahmudova yeniyetmələrdə aqressivliyin səbəbi və onlarla mübarizə üsulları, ünsiyyət zamanı gözlənilməli olan etiket qaydaları haqqında danışdı, xüsusən yeniyetməlik dövründə müəllim və şagird arasında düzgün pedaqoji münasibətin qurulmasının vacibliyini qeyd etdi.

Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.