Özbəkistanda “Sağlamlıq naminə birlik” Şərqi Avropa Diabet Assosiasiyasının rəhbərlərinin XVII sammiti keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 APREL 2019

Özbəkistanda “Sağlamlıq naminə birlik” Şərqi Avropa Diabet Assosiasiyasının rəhbərlərinin XVII sammiti keçirildi

19-21 aprel 2019-cu il tarixdə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Sağlamlıq naminə birlik” Şərqi Avropa Diabet Assosiasiyasının  rəhbərlərinin XVII sammiti keçirildi.

Sammitdə Şərqi Avropa Diabet Assosiasiyasına daxil olan 10 ölkənin – Gürcüstan, Qırğızıstan, Rusiya Federasiyası, Ukrayna, Ermənistan, Moldova, Qazaxıstan, Türkmənistan və Belorus Respublikasının nümayəndələri, Beynəlxalq Diabet Federasiyasının rəhbəri Nam Ço və Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Diabet Liqasının rəhbəri Yeganə Sultanova iştrak etdilər.

Şəkərli diabet xəstəliyinin dünyada qlobal səviyyədə sosial və iqtisadi problemlərə səbəb olduğunu nəzərə alaraq, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi, belə xəstələrin həyat qabiliyyətinin yaxşılaşdırılması istiqamətində hazırlanan proqramlarda üzv ölkələrin daim yaxından iştrakını təmin etmək sammitin əsas məqsədi idi. Üç gün davam edən sammit çərçivəsində Özbəkistan Respublikasında diabet xəstəliyinin problemləri və onların həlli yolları, sosial-iqtisadi aspektlər, xəstələrin hüquqlarının qorunması,  diabet epidemiyasının qarşısının alınması, proflaktikası, erkən diaqnostikanın vacibliyi və ağırlaşmaların aradan qaldırılması, damar patologiyası, prediabet, yeni texnologiyalardan istifadə, 2-ci tip şəkərli diabetin idarə edilməsi və müasir standartlar geniş müzakirə edildi, şəkərli diabetin müalicəsi və profilaktikası üzrə 2016-2020-ci illər üçün hazırlanan beynəlxalq proqramın aktual məlumatlarının monitorinqi aparıldı. Sammit iştrakçıları ölkələrində şəkərli diabetin müalicəsi və profilaktikası istiqamətində bu günə qədər görülən işlərdən, əldə olunan nailiyyətlərdən və təcrübələrdən söz açdılar. Sankt-Peterburqdan gələn nümayəndələr ölkələrində müvəqqəti qeydiyyatda olan diabet xəstələrini dərman preparatları ilə təmin etməklə bağlı problemlərin aradan qaldırması yollarını izah etdilər.

Sonda ümumi mövzular üzrə iştrakçılar arasında müzakirələr aparıldı, suallar cavablandırıldı.