• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

XƏBƏRLƏR bütün xəbərlər

17 APREL 2019

Tələbələr “Talassemiya xəstəliyi. İrsi qan xəstəliklərinin meydana çıxmasında qohum nikahların rolu” mövzusunda maarifləndirildilər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir.

İSİM-in dəstəyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunan növbəti tədbir 17 aprel 2019-cu il tarixdə 17 nömrəli Bakı Peşə Liseyində keçirildi.

Tədbiri giriş sözü ilə açan liseyin Təlim tərbiyə işləri üzrə direktor müavini Əliyar Musayev təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlərin təşkil olunmasının gələcək nəslin sağlam və məlumatlı böyüməsinə zəmin yaratdığını bildirdi.

Liseyın psixoloqu  Naidə Hacıyeva gənc­lərin formalaşmasının həm bioloji, həm psixoloji, həm də sosial amillərdən asılı olduğunu və maarifləndirici tədbirlərin onların psixologiyasına müsbət təsir göstərdiyini vurğuladı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladı.

İSİM-in  Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova tələbələr qarşısında “Talassemiya xəstəliyi. İrsi qan xəstəliklərinin meydana çıxmasında qohum nikahların rolu” mövzusunda geniş təqdimatla çıxış edərək, gəncləri diqqətli və ehtiyatlı olmağa çağırdı: “Yaxın qohumların oxşar genləri çox olduğu üçün iki xəstə patoloji gen daşıyıcıları evlənərsə, uşağın xəstə doğulma riski artır. Qohum evliliklərinin törətdiyi ən ağır irsi xəstəliklərdən biri isə talassemiyadır. Talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Ona görə də belə nikahlara yol verməmək tövsiyə olunur”.

Tədbirin sonunda iştirakçılarla mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı və onlara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.