Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

9 APREL 2019

Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirildi

9 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı  Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirildi.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Həsən Bayramov açaraq, belə tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladı. İSİM-in  Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova tələbələr qarşısında “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda geniş təqdimatla çıxış edərək, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalar, müasir kontraseptivlər barədə məlumat verdi. O həmçinin, zərərli vərdişlərin (spirtli içki, tütün və narkotik maddələrdən istifadə) reproduktiv sağlamlığa göstərdiyi mənfi təsirlərdən danışaraq, gəncləri sağlam həyat tərzi sürməyə çağırdı və onlara müvafiq tövsiyələrini verdi.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və gənclərə İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.