İSİM-də "Tibb müəssisələrində keyfiyyəti idarəetmə sistemi üzrə mütəxəssis" mövzusunda üçgünlük təlimlərə start verildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

5 FEVRAL 2019

İSİM-də "Tibb müəssisələrində keyfiyyəti idarəetmə sistemi üzrə mütəxəssis" mövzusunda üçgünlük təlimlərə start verildi

4 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ukraynanın Qanunvericilik və Keyfiyyətə nəzarət Beynəlxalq Texniki məktəbi tərəfindən İSO 9001:2015 standartlarına uyğun "Tibb müəssisələrində keyfiyyəti idarəetmə sistemi üzrə mütəxəssis" mövzusunda üçgünlük təlimlərə start verildi. 

Təlimin ilk günündə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirdi ki, səhiyyədə idarəetmə üzrə təlim proqramlarının həyata keçirilməsi və keyfiyyəti idarəetmə sistemi üzrə səhiyyə mütəxəssislərinin hazırlanması səhiyyə sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır.

Ukraynadan dəvət olunmuş mütəxəssis Yelena Ramazanova iştirakçılara tibbi xidmət keyfiyyətinin idarəetmə xüsusiyyətləri, tibbi xidmət keyfiyyətinin təminatı sahəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsepsiyası, İSO 9001: 2015 standartına uyğun keyfiyyəti idarəetmə prinsipləri barədə məlumat verdi, MDB ölkələri və Aİ ölkələrinin sakinlərinin sağlamlıq vəziyyəti arasında fərqlər barədə statistik məlumatları diqqətə çatdırdı. 

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunub və 21 kredit balı təşkil edir.

Şəkillərlə burada tanış olmaq olar.