• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

XƏBƏRLƏR bütün xəbərlər

15 NOYABR 2018

Azərbaycan Universitetində “Diabet üçün risk yaradan həyat tərzi” mövzusunda mühazirə təşkil olundu

15 noyabr 2018-ci ildə Azərbaycan Universitetində 14 noyabr – Ümumdünya Diabet Gününə həsr edilmiş “Diabet üçün risk yaradan həyat tərzi” mövzusunda mühazirə təşkil edildi.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbirin əsas məqsədi tələbələri bu xəstəliyin səbəbləri, simptomları, fəsadları, qarşısının alınması yolları və müalicəsi ilə bağlı məlumatlandırmaq idi.

Tədbirdə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edərək bildirdi ki, düzgün qidalanma, aktiv həyat tərzi, zərərli vərdişlərdən imtina şəkərli diabet riskini azaldır: “Müntəzəm fiziki aktivlik nəinki 2-ci tip şəkərli diabet, o cümlədən ürək-damar xəstəlikləri, xərçəng xəstəlikləri, piylənmə, depressiya, eləcə də bir sıra xroniki xəstəliklərin profilaktikasında böyük rol oynayır”. Sağlam qidalanmanın əsas prinsipləri haqqında məlumat verən Ş.Mirzəzadə düzgün qidalanmanın təkcə diabetli xəstələr üçün deyil, həm də onların ailə üzvləri üçün də faydalı olduğunu bildirdi. O, həmçinin tələbələrə ölkəmizdə şəkərli diabetlə mübarizə istiqamətində görülən işlər haqqında danışaraq qeyd etdi ki, diabetdən əziyyət çəkən insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunur.

Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.